main-post-cover

    Kainatın nə qədər böyük olduğunu heyrətlər içərisində izləyəcəyiniz video!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Kainatın ölçüsü qarşısında nə qədər kiçik olduğumuzu az çox bilirik, ancaq yeni təqdim olunan bu video sayəsində kainatın ölçüləri qarşısında digər cisimləri müqayisə edirik.

    Beynimizin anlamaqda ən çox çətinlik çəkdiyi sahələrdən biri də kainatdır. Yaşadığımız kainat o qədər böyükdür ki ölçülərini təsvir etmək üçün işıq illərindən, hətta qalaktik illərdən faydalanılır (1 qalaktika ili: Günəşin Samanyolu Qalaktikası ətrafında bir tam dövrəsinin 225 -250 milyon il davam etdiyi bilinir).
    Buraxın qalaktikanı, öz günəş sistemimizdən çıxa bilmədiyimiz bu günlərdə kainatın ölçüsünü əlbəttə bilmək istəyirik. Bu ölçünü anlaya bilən bəzi kəslər isə (təbii ki alimlərdən bəhs edirik) digərlərinə kainatı izah edərkən çox çətinlik çəkirlər.
    Bu gün sizlərə kainatın böyüklüyü haqqında hazırlanmış ən yaxşı videolardan birini təqdim edəcəyik. Ən yaxşı videolardan biri deyirik, çünki video 3D ölçülü proqramlarla, kainatın ən kiçik daşından kainatın özünə qədər olan bütün kainatı göstərir. Qrafik baxımından həvəskar görüntülər olsa belə, kainatın ölçüsünü anlamaq üçün yaxşı düşünülmüş bir video olduğunu söyləyə bilərik. Adını belə tam bilmədiyimiz atom altı zərrəciklərdən nəhəng qalaktikalara uzanan bir səfərlə kainatın böyüklüyünü bizlərə göstərən video, bizə həyat verən, Günəşin belə kainatla müqayisədə bütün dünya üzərində yer alan bir qum dənəsi belə olmadığını göstərir.

    Linki kopyala