Kaliforniyada, müəllimlərin olmadığı texnologiya universiteti fəaliyyətə başlayıb (VİDEO)

379

Yeni fəaliyyətə başlamış universitetdə tələbələr IT sahəsində təhsil alacaqlar.

Maraqlısı ondadır ki, təhsil müəllimlər və ya professorlar tərəfindən deyil, tələbələrin bir-biriləri ilə qarşılıqlı əlaqələri zamanı əldə olunacaq. Yəni Kaliforniyada fəaliyyətə başlamış universitetdə müəllimlər tələbələri deyil, tələbələr bir-birilərini IT sahəsində təhsilləndirəcəklər. "Technote.az"ın "Mir24.tv"ə istinadən verdiyi xəbərə əsasən "42” adlandırılmış bu universitet öz adını məşhur elmi-fantastik roman seriyası "The Hitchhiker’s Guide to the Galaxydən götürülmüşdür. Roman seriyasındakı epizodlardan birində kompüter həyatın əsas sualının cavabını hesablayaraq 42 cavabını əldə edir. Yeni universitetdə minlərlə tələbə, müəllim və professorların köməkləri olmadan kodlaşdırma və proqramlaşdırma sahələrində təhsil alacaqlar. Yəni, standart mühazirələr olmayacaq. Tələbələr bir-biriləri ilə öz təcrübələrini bölüşə, birlikdə layihələr qura və ümumi internet şəbəkəsində olaraq bir-birilərinin işlərini yoxlaya biləcəklər. 2013-cü ildə Parisdə start almış bu layihənin oxşarı artıq öz effektivliyini təsdiq edib. Belə ki, Parisdəki universitetdən olmuş məzunlar hal-hazırda "IBM”, "Amazon” və "Tesla” kimi şirkətlərdə çalışmaqla yanaşı öz şirkətlərini də qururlar. Kaliforniyada isə bu cür universitetin fəaliyyətə başlaması üçün "Snapchat”, "Periscope” və "Facebook” kimi şirkətlərdən təsdiq əldə olunub.