Kanadadakı Waterloo Universitetinin Qəbul Etdiyi 12 Yaşındaki Dahi Uşaq

1236

Kanadanın ən vacib təhsil qurumları arasında göstərilən Waterloo Universiteti, 12 yaşındakı indoneziyalı uşağı tələbəsi olaraq qəbul etdi.

Cendikiavan Suryaatmaca, 12 yaşında olmasına baxmayaraq, Kanada da yerləşən Waterloo Universitetində təhsil almasına icazə verilən bir tələbədir. Universitetin tarixindəki ən gənc tələbə adını daşıyan Suryaatcamanın müəllimləri, tələbənin fizika ixtisasında oxuyacağını bildiriblər. Suryaatmacanın diqqət çəkən xüsusiyyətlərindən biri də İngilis dilini sadəcə televizorda baxdığı kinolar vasitəsilə öyrənməsidir. Universitet rəhbərliyinin Suryaatmacanı universitetə qəbul etməsi, onun imtahan suallarını digərlərindən daha yaxşı keçməsi ilə əlaqələndirir. Universitetin tələbə qəbulu şöbəsində işləyən Andre Kardin, Suryaatmaca haqqında bunları bildirdi: "Möhtəşəm nəticə göstərdi. Akademik səviyyəyə tamamilə hazırdır. Bizi narahat edən tək şey onun 12 yaşında bir uşaq olmasıdır."