main-post-cover

    IKEA-nın qurucusu Ingvar Kamprad-ın öz səyləri ilə milyarder olmaq hekayəsi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    İsveçin şimalında dünyaya gələn Kamprad 5 yaşında qazanc əldə etmək üçün kibrit satmağa başladı. 10 yaşına gəldiyində isə Christmas üçün hədiyyəlik əşya, qələm və balıq satmağa başladı.

    Nənəsi, Hitler heyranı bir Alman olan Kamprad, gənclik illərində Nazi hərəkatı içərisində fəaliyyət göstərib. O vaxtları həyatının ən böyük səhvi kimi qəbul edən Kamprad, işçilərinə bir üzr əhf məktubu belə yazıb.
    17 yaşına gəldiyində diqqət problemi olmasına baxmayaraq məktəbdə uğurlu qiymətlər əldə etdiyi üçün atası tərəfindən pul mükafatı alan Ingvar, o pul ilə 1943-cü ildə IKEA-nı qurdu, amma 5 il ərzində mebel satmadı. Şəkil çərçivəsi kimi kiçik ev alətləri satışı ilə məşğul olmağa başladı.


    IKEA adı, öz adının və soyadının baş hərflərindən və ailəsi ilə özünün dünyaya gəldiyi yer olan Elmtaryd-ın baş hərfi ilə ora ən yaxın kənd olan Agunnayrd-ın baş hərflərinin birləşməsindən gəlməkdədir. Ingvar Kamprad - Elmtaryd - Agunnayrd
    1956-cı ildə mebel satışında bir çevriliş edən IKEA, mebellərin ilk dəfə parçalar halında alına bilməsinə və müştərilərin bu parçaları birləşdirməsinə şərait yaratdı. Beləcə daha ucuza satmaq şansına sahib oldu. İsveçdə var olan yüksək vergilər səbəbindən şirkəti Kopenhagen-ə daşıyan Kamprad eyni zamanda 1973 ilində bütün ailəsini də İsveçrəyə köçürərək İsveç dövlətinə etirazını bildirdi. Hazırda isə şirkət Hollandiyadadır, Kamprad isə İsveçdə yaşayır.

    Kampradın 1 övladlıq qızı və 3 doğma oğlu olmaq üzrə ümumi 4 uşağı var. Kampradın uşaqları IKEA-nın uğurlarından təsirləniblər və hamısı ataları kimi şirkətlə çox yaxından maraqlanırlar. Hətta ən kiçik oğlu olan Mathias Inter, 3 il IKEA-nın prezidenti vəzifəsində çalışıb.
    İllərdir Kamprad-ın dəqiq sərvəti haqqında spekulyasiyalar olmasına baxmayaraq şirkətin vəkilləri şəxsi sərvətini açıqlamağın tərəfdarı deyillər. Buna baxmayaraq Kampradın sərvətinin 50 milyarddan çox olduğu güman edilir.
    Həyatı çox sadə yaşayan Kamprad ucuz otellərdə qalmağı və təxminən 20 ildir eyni avtomobili istifadə etməyi seçir.
     
    İsveçrədə keçirdiyi 40 ildən sonra 2013-cü ildə ölkəsinə qayıdan Kamprad, ailəsinə və 2011-ci ildə itirdiyi həyat yoldaşına daha yaxın olmaq istədi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər