Keçən Həftə Dünyada Baş Verən Ən Böyük Hacker Hücumunda Ağıllı Ev Alətləri İstifadə Olunub

580

Cümə günü internetdə tarixin ən böyük hacker hücumlarından biri gerçəkləşdirildi. DDoS hücumu nəticəsində Twitter də başda olmaqla bir çox sosial media platformasına və yüzlərcə digər saytlara giriş əngəlləndi.

Bu dəfəki hacker hücumu digərlərindən fərqli olaraq daha irəli gedərək ABŞ Daxili Təhlükəsizlik Nazirliyi də daxil olmaqla bir neçə saat çəkdi və dünya səviyyəsində hiss olunacaq effekt yaratmağı bacardı. Bu dəfəki hacker hücumu digərlərindən bir qədər fərqli biçimdə həyata keçirildi. Səbəb isə çox sadədir. Bir çox hallarda həyatımıza sevərək daxil etdiyimiz ağıllı ev cihazları bu dəfəki hacker hücumlarında vacib rol oynayıb.

Bildiyiniz kimi hackerlər hər zaman DDoS hücumlarını həyata keçirərkən kompüterdən istifadə edirdilər. Amma son zamanlar artan Internet of Things-ə daxil olan ev əşyalarının sayının ciddi anlanmda artması hackerlər üçün alternativ hücum vasitələrini də bərabərində gətirdi.

Maraqlıdır Internet of Things nələri əhatə edir? Bu siyahıda əsasən bizim hər birimizin həyatının ayrılmaz hissəsi olan televiziyalar, soyuducular, təhlükəsizlik kameraları və s. kimi əşyalar daxildir. Belə əşyaların hackerlərin əlinə keçməsinin əsas səbəbi isə çox sadədir. Belə ki, bir çox ağıllı cihazların IP DNS kodları mövcuddur. Bu isə təbii ki, hackerlər üçün alternativ mənbə hesab olunur.

 

Cümə günü gerçəkləşdirilən kiber hücumda belə əşyaların məlumatları ciddi şəkildə istifadə olunub. Yeni tətbiq olan "Mirai” məhz belə məqsədlə istifadə olunub. Bu tətiqlə 620 GB-lıq məlumat əldə oluna bilib. Şifrə qırma sayəsində olduqca effektiv olan Mirai yalnız çox istifadə olunan şifrələrin hamısını çox asanlıqla qıra bilməklə, zəif şifrələr də asanlıqla qırıla bilir. Buna görə də şifrə seçərkən daha çətin və az istifadə oluna biləcək şifrələr seçmək məsləhətlidir.

Qeyd edək ki, kiber hücum ABŞ-a edilmişdi. Bu hücumun səbəbi isə əsasən 8 noyabrdakı ABŞ prezident seçimləri ilə əlaqələndirilir. İnternet üzərindən səsvermə bu baxımdan ABŞ üçün böyük bir təhlükə mənasına gəlir.

Bundan əlavə Anonymous üzvlərindən biri "Dünyada bütün hackerlər bir araya gələrsə Amerika Milli Təhlükəsizlik Agentliyidən (NSA) 5 dəfə böyük olur. Hesabını yaxşı et” açıqlaması, hücumun daha şiddətli şəkildə təkrarlana biləcəyinə işarətdir.