Keçmiş ABŞ prezidenti Barack Obama üçün Spotify-dan iş təklifi gəldi!
Digər
07.05.2017
Farid Pardashunas
ABŞ-da prezidentlik vəzifəsini Trump-a təhvil verən Obama-ya Spotify-dan iş təklifi gəldi.
Son 8 ildir ABŞ Prezidentliyi vəzifəsini üstlənmiş olan Barack Obama, artıq bayrağı Donald Trump-a təhvil verir. Rəsmi olaraq prezidentliyi
buraxacaq olan Obama üçün Spotify-dan başqa bir "prezidentlik” barədə iş təklifi
gəldi.
Spotify-ın CEO-su və qurucusu olan Daniel Ek tərəfindan
yollanan təklifdə Barack Obama üçün "Playlistlərin Prezidenti” vəzifəsi təklif
edilir. Hətta bunun üçün iş elanı belə açan Spotify, bu iş elanını görünüşə görə
sırf Obamaya görə açıb.
Spotify-ın axtardığı şəxsin xüsusiyyətləri üçün "Bir ölkəni
8 il idarə etmək”, "Nobel sülh mükafatı qazanmış olmaq”, "Bütün zamanların ən
yaxşı natiqlərindən biri olmaq” kimi tələblər ilə həm Obamanı işarət edib həm də
dolayı yoldan Obamanı tərifləyən Spotify-ın bu iş elanı və Daniel Ek tərəfindən
birbaşa olaraq edilən iş təklifi üçün Obamanın cavabının nə olacağı çox
maraqlıdır.
Obama üçün açılmış iş elanına "Buradan” baxa bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)