main-post-cover

    "Kenquruya yumruq atan adamı" ölüm təhlükəsi gözləyir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Bu həftənin gündəmi ən çox məşğul edən hadisələrindən olan "Kenquruya yumruq atan adamın" ölüm təhdidləri aldığı ortaya çıxdı. 

    Heyvanat Bağçasında fil baxıcısı olaraq xidmət göstərən 34 yaşındakı Greig Tonkins, bu həftə içində bütün dünyada fenomen olduğu videoda itini xilas etmək üçün bir kenquruya yumruq atmışdı. Hadisənin ardından videonu çəkən Greig Tonkins-in dostu Mathew Amor, Tonkinsin əslində sakit təbiətli biri olduğunu lakin gördüyü mənzərə qarşısında dayana bilməyərək kenquruya yumruq atdığını və beləcə itin həyatını xilas etdiyini qeyd etmişdi. Bu yaşananlardan sonra işlədiyi yerə qədər kim olduğu açığa çıxan Tonkinsin heyvan haqqları qoruyucuları tərəfindən ölüm təhdidləri aldığı ortaya çıxdı. 
    Aldığı ölüm təhdidləri səbəbi ilə evindən çıxmaqda belə çətinlik çəkdiyi bildirilən Tonkinsin, evinin qarşısında çox sayda insanın toplanması səbəbi ilə polisdən kömək istədiyi bildirildi. Heyvan haqqları qoruyucularının, Tonkinsin işindən çıxardılması barədə heyvanat bağçasına təzyiq etdikləri də deyilir. 
    Hadisələrdən xəbəri olmayanların əvvəla aşağıdakı videonu izləməklərini tövsiyyə edirəm. 


    Linki kopyala