Kiçik antistress əşya necə 1.9 milyon dollar vəsait yığdı?

660

Kickstarter portalında Mark və Metyu Maklaxlen qardaşları sözün əsl mənasında inqilabi əşya olan Fidget Cube: A Vinyl Desk Toy-u təqdim ediblər.

Əşyanın istehsalı üçün qardaşların 15.000$-a ehtiyacları var idi. Lakin bu günə kimi yığılmış vəsait 1.9 milyon dollara çatıb. Çox qısa bir müddətdə əşya Kickstarter portalında əsl fenomen olaraq bir çox insanın arzusuna çevrildi. Lakin belə bir sual yaranır ki, bu nə əşyadı ki, lazım olan vəsaitdən 1000 dəfə daha artığını yığa bildi. Təsəvvür edin ki, siz işdə, iclasda və ya başqa bir yerdə oturmuş vəziyyətdəsiniz. Yada ki, kimisə gözləyirsiniz və ya internetdə vaxt keçirdirsiniz. Bu vaxtlarda bizim əllərimiz müxtəlif məşğuliyyətləri yerinə yetirir. Məsələn bəziləri əllərində qələm oynadır, bəziləri şəkil çəkir, bəziləri ayaqlarını yüngül şəkildə yerə vurur və s. Həmin insanlar özləri də anlamadan çox zaman bu hərəkətləri ilə digərlərini qıcıqlandırırlar. Belə ki, iş prosesindən, yığılmış problemlərdən və digər faktorlardan yaranmış stress zamanı insan, əlini nə iləsə məşqul etməlidir.

Bəlkədə əksinə biz kiməsə aşiq olmuşuq və bu səbəblə bizdə yaranan enerjini hara yönləndirəcəyimizi bilmirik. Beləliklə biz həyəcanlı şəkildə klaviaturadakı düymələri klikləyir və ya istifadə olunmuş kağızları cırırıq. İndi isə təsəvvür edin ki, sizin əlinizdə kiçik kub şəkilli bir əşya var. Həmin əşya düymələrdən, kiçik təkərlərdən və mexanizmlərdən ibarətdir və siz həmin sadalanmış komponentlərə klikləyə, toxuna və s. edə bilərsiniz. Təbrik edirik. Bundan sonra siz ətrafdakı insanları qıcıqlandırmayacaqsınız. Belə ki, sizin əlinizin altında həmişə stressi aradan qaldırmaq üçün nəzərdə tutulmuş kiçik əşyanız olacaq. Sözügedən əşya 14$ dəyərindədir. Lakin bu qiymət, vəsaitin yığılma müddətinin bitməsinə qədər belə olacaq. Daha sonra əşya 19$-a satılacaq. Qeyd edək ki, Fidget Cube bu ilin dekabr ayında rəsmi olaraq satışa çıxacaq.