main-post-cover

    Kiçik qərarlar sayəsində 2 milyardlıq şirkəti necə qurdum?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    2 milyardlıq "Polycom” şirkətinin yaradıcılarından biri olan Ceff Rodman (Jeff Rodman) kiçik qərarların və innovasiyaların ona necə uğur gətirdiyi barəsində danışıb.

    Mənim şirkətim ilk nailiyyəti hələ 1991-ci ildə qazanmışdır. Onda mən qiyməti 95 sent olan bir kitab almışdım. Həmin ktabdan mən öz tərəfdaşımla "akustik asma” haqqında öyrəndik və anladıq ki, yüksək səs üçün heçdə böyük dinamik lazım deyil. Bu adi prinsipdən istifadə edərək biz iki ayrı akustik mühiti kompakt məkana yerləşdirdik. İlk baxışdan kiçik görünən bu dəyişikliyin sayəsində biz milyonlarla telefon sataraq konfrans zalları barəsində təsvirləri dəyişdik. Hal-hazırda biz kiçik innovasiyalar, dizayner qərarları yolu ilə irəliləyirik. Böyük işlər kiçiklərdən yaranır. Əgər siz ilk addımdan böyük bir işə başlasaz onda istədiyiniz nəticəni ala bilməyəcəksiniz. Mən böyük işlər barəsində miflərə aydınlıq gətirərək mənə uğur qazandırmış 3 kiçik xüsusiyyətlərdən danışacam.
    Kiçik innovasiyalar
    Kiçik innovasiyalara diqqət ayıraraq siz böyük nailiyyətlər əldə edə bilərsiniz. Nə qədər gülünc səslənsədə innovasiyanın təməlində kiçik şeylərlə böyük uğurlar qazanmaq istəyi dayanır. Ağlınızı böyük işlərlər bağlı fikirlər ilə doldurmaq əvəzinə özünüzə bir sualı verin. "Öz məhsulumuza hansı kiçik dəyişikliyi əlavə etməliyik? Çatdırılma, yayma üsulları, təşkilat strukturu və ya əlaqə vasitəs?”. Ən yaxşısı bu sualı özünüzə verin. "İş prosesini yüngülləşdirmək üçün nələri aradanq aldırmaq lazımdır?”.
    Kiçik dizayner qərarları
    İkinci müşahidə öncəkindən əmələ gəlir. Bu qərarlar onları müəyyənləşdirən innovasiyalardan daha çox istifadəçi təəssüratları ilə əlaqələndirilir. Siz kiçik dizayner qərarlarına üstünlük verəndə nəinki məhsulunuzun miqyasını kiçildirsiniz, həmdə onu sadələşdirirsiniz. Paradoksal səslənsədə bizim məhsullarımızın hər bir dəyişikliyi təkcə onların funksionallığının artması üçün deyil, həmdə bizim istifadəçilərimizin daha az fəaliyyət göstərmələri üçün idi. "Creativity Inc.” kitabında "Pixar” studiyasının təsisçisi və direktoru Ed Ketmel (Ed Catmull) qeyd edib ki, şirkətdə konfranslar üçün olmuş düzbucaqlı stollar yaradıcılıq prosesinə mane olurdu. Daha sonra "Pixar” düzbucaqlı stollardan imtina edərək kvadrat stollardan istifadə etməyə başladı. Dizaynda edilmiş bu kiçik dəyişiklik özü ilə müsbət nəticələr gətirdi. RealPresence Centro videokonfransları üçün nəzərdə tutulmuş yeni cihazımızı hazırlayarkən biz məhz "Pixar”ın üsulundan istifadə etdik. Cihazın xarici quruluşu və daxili akustikası elə qurulub ki, uzun formalı stollarda görüşlər üçün deyil dairəvi görüşlər üçün rahat şərait yaradır. Buda onu göstərir ki, məhsulun sadələşdirilməsi onun faydalığını artırır. Məhsula hər dəfə yeni funksiyalar əlavə etməkdən daha yaxşı təsir edir. Nəticə etibarı ilə məhsulun və onun dizaynın əsas məqsədi gözə girmək deyil. Əksinə əsas məqsəd sadə, kiçik və istifadədə rahat olmaqdır.
    Kiçik vərdişlər
    Hər şey kiçik vərdişlərdən yaranır. Vərdişlər fərqli ola bilər. Kimsə dostlərı ilə futbol izləməyi, kimsə çox yatmağı, kimsə eyni kafedə yemək yeməyi vərdiş edib. Hətta sabahın işini indidən planlaşdrımaq da böyük potensiala sahib kiçik bir vərdişdir. Çarlz Dahiqq (Charles Duhigg) öz "The Power of Habitkitabında belə bir cümlə işlətmişdir. "Xoşbəxt həyat kimi vacib bir şeyləri yalnız qarşınıza bunu məqsəd qoyub nail ola bilmərsiniz. Əslində nəticə etibarı ilə hər şey kiçik və faydalı vərdişlərdən yaranır”. Bəzi vərdişlər bizdə təbii yollarla yaranır. Məsələn qida qəbulu və ya evdən çıxan zaman açarın cibinizdə olub olmadığını yoxlamaq kimi. Bəzi vərdişləri isə biz tədricən özümüzdə yaradırıq. Birgə aparılan işin vacibliyini anladığım vaxtda mən həmdə başa düşdüm ki, hər konfransın, çıxışın sonunda etdiyim kiçik və vacib bir vərdişim var. Belə ki, mən öz söhbət yoldaşlarımdan kimin daha vacib olduğunu qiymətləndirərək "Bəs həmin insan bu barədə nə düşünür?” – deyə sual verirəm. Bu sual mənə nə verir? İlk öncə mən ünsiyyətdə olduğum insanların üzlərini və adlarını yadda saxlayıram. İkinci olaraq da mən öz rəislərimin yadına salıram ki, tək başına qərar qəbul etməkdən daha vacibi bütün komandanın fikrini öyrənməkdir.
    Hamı böyük bir qərar vasitəsilə nəsə böyük bir şey yaratmaq istəyir. Bəli bu cür hallar da olur. Lakin əksər vaxtlarda yaxşı qərarlar, kiçik vərdişlər, innovasiyalar və dizayner üsullarından alınmış nəticələr vasitəsilə qəbul olunur. Əgər siz kiçik bir şeylə məşğulsunuzsa bu o demək deyil ki, siz böyük bir şey əldə edə biləməyəcəksiniz. Əksinə böyük işlərə keçid etdiyiniz zaman həmin böyük işlər sizdə əla şəkildə alınacaq. 
     
     
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər