main-post-cover

    Kickstarter, canlı yayım platforması Huzza-nı satın aldı

    Digər
    07.05.2017
    Farid Pardashunas
     
    Çox sayda layihənin həyata keçməsində xüsusi rol oynayan "crowdfunding" platforması Kickstarter, canlı yayım xidməti Huzza-nı satın aldı. Xəbəri internet saytı vasitəsilə bildirən Kickstarter, razılaşmanın şərtlərini isə təqdim etmədi.

    2015-ci ildə Justin Womersley Nick Smith tərəfindən Kanadada qurulan Huzza, musiqi sektoru üçün canlı yayım vasitəsi olaraq xidmət göstərir.
    Qruplar və musiqiçilər canlı yayım yoluyla pərəstişkarları ilə əlaqə qurmağı təmin edən Huzza, Kickstarter Live xidmətini inkişaf etdirmək üçün çalışacaq.

    Layihə sahibləriylə dəstəkçiləri bir araya gətirib canlı yayımlarla maddi dəstək toplamaq imkanı təmin edən Kickstarter Live-ın, bu satın almayla birlikdə istifadəçilərin yüksək nisbətdə dəstək toplamaq ehtimallarını artırması gözlənilir. 2016-cı ildə bəzi layihələrin canlı yayımlanması üçün Huzza ilə iş birliyi edən Kickstarter, edilən canlı yayımlar sonunda istifadəçilərin 74%-inin maddi dəstək toplamağı bacardığının məlumatını da təqdim etmişdi.
    Son olaraq bu satın almayla birlikdə Amerika xaricinə ilk dəfə çıxacaq olan Kickstarter, Kanada-nın Vancouver şəhərində açılacaq olan ilk beynalxalq ofisi və Kickstarter Live layihəsi haqqındakı yeni xəbərləri qarşıdakı həftələrdə təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər