Kickstarter-də artıq canlı yayım vasitəsilə dəstək toplaya biləcəksiniz

124

Maddi dəstək platforması olan Kickstarter bir çox ideyaların reallaşdırılmasına imkan vermiş və onları böyük layihələrə çevirmişdir.

Bunlara misal olaraq Oculus Rift virtual reallıq cihazını, Pebble "ağıllı” saatlarını, Nextbit Robin bulud smartfonunu və s. gətrimək olar. Bu servisin yaradıcıları Kickstarter Live adlı yeni funksiyanı anons ediblər. Bu funksiya vasitəsilə hansısa layihənin sahibi Kickstarter-də olan istifadəçilər və layihədə maraqlı olan hər bir kəslə canlı yayım üzərindən ünsiyyət qura biləcək. Əvvəl istifadəçilər öz layihələri haqqında qısa məlumatları öncədən şəkilmiş video, foto və ya animasiya şəklində servisə yerləşdirirdilər. Kickstarter Live vasitəsilə istifadəçilər digərləri ilə bilavasitə ünsiyyət qura biləcək. Beləliklə onlar öz layihələri haqqında daha ətraflı məlumat verə, istifadəçilərin suallarına cavab verə biləcəklər. "Son bir neçə ayda bəzi developerlər Kickstarter Live funksiyasını test ediblər. Onlar funksiyanı kulinariya reseptlərinin təqdimatı, musiqi ifa etmək, oyunların test edilməsi və s. üçün istifadə ediblər. Bu funksiya istifadəçiləri bir araya gətirərək onlara yeni layihələr haqqında məlumat verir. Layihələr isə öz növbəsində daha çox istifadəçi kütləsi yığırlar” – deyə Kickstarter rəsmiləri bildiriblər.