KickStarterdəki Möhtəşəm Gamer qulaqlıqları

159

Kickstarterdə kütləvi istehsalı üçün fond toplanmağa başlanılan Booster One adlı qulaqlıq ilə tanış olun. Klassik Sennheiser HD25-ə bənzəyən bu qulaqlıq da başı əhatə edən üst hissəyə malikdir. Alüminumdan hazırlanmış bu qulaqlıq qeyri-adi görüntüsü ilə diqqəti cəlb edir. 

Booster One-ın əsas xüsusiyyəti isə akselerometr ilə reallaşdıran, baş hərəkətinə görə oyun daxili və ya video daxili hərəkət xüsusiyyətidir. 

Kickstarterdə istifadəçilərdən fond toplayaraq kütləvi istehsalına başlanacaq qulaqlığın iş funksionallığı barədə bir neçə nümunə gətirilib. Videodan da görə biləcəyiniz kimi bu qulaqlıq vasitəsilə siz oyun daxili silahları dəyişə, sağa sola baxa, güllə ata, avtomobil və s. idarə edə bilərsiniz.


Booster One-ın istehsalına başlandıqdan sonra 349 dollardan satışa veriləcəyi güman edilir. Lakin siz hazırda sadəcə 199 dollar ödəməklə bu qulaqlığı əvvəlcədən sifariş edə bilərsiniz. Lakin bundan sonra siz, 2017-ci ilin Avqust ayına qədər səbr etməli olacaqsınız çünki istehsalın və ixracın tam olaraq tamamlanacağı vaxt olaraq bu vaxt bildirilib. 

Booster One ilə aşağıdakı videodan tanış ola bilərsiniz.