main-post-cover

    KİPU - kitab həvəskarlarını bir araya toplayan şəbəkə.

    Digər
    07.05.2017
    Farid Pardashunas

    KİPU ilə həm rəqəmsal həm də fiziki şəkildə kitablarınızı bölüşə bilərsiniz.


    Türk girişimcilər (təşəbbükarlar) tərəfindən hazırlanan Kipu, nəhayət ki, kitab fokuslu mobil tətbiqlər arasında öz yerini aldı. Üstəlik təkcə fiziki olaraq deyil, rəqəmsal dünyada da kitab paylaşımına yönəlmiş böyük bir hədəfləri var. Rıza CemÖzüm Erdoğan tərəfindən qurulan Kipu, 14 aylıq bir hazırlanma mərhələsindən sonra nəhayət iOS Android üçün marketlərdə yerini tutdu. 3 aylıq test meddətini geridə buraxan bu tətbiq uğurla yoluna davam edəcəkmiş kimi görünür.

    Test müddəti ərzində 2500 dəfə yüklənilən və 1800 aktiv istifadəçisi olan Kipu, kitabxananızı rəqəmsal dünyaya daşımağa imkan verir. Kipu arxivində olan 90 min fərqli kitabı, fərqli başlıqlar (oxuduqlarım, bəyəndiklərim və s.) adı altında profilinizə əlavə edə bilərsiniz.


     
    İstifadəçidən istifadəçiyə pulsuz kitab göndərmək.
    Yuxarıda qeyd etdiyimiz kimi, Kipu'nun əhatə dairəsi sadəcə rəqəmsal bazar deyil eyni zamanda real olaraq kitabların paylaşılması mümkündür. İstədiyiniz bir kitabı qarşı tərəfə pulsuz vermək imkanınız da mövcuddur. Əgər başqasından kitab almaq istəyən istifadəçisinizsə 5 TL daşınma xərcini ödəməklə kitabı əldə edə bilərsiniz. Ödəməni tətbiq üzərindən kredit kartı vasitəsilə həyata keçirmək mümkündür. Kitab göndərməyi hədəfləyən istifadəçi isə daşınma şöbəsinə yaxınlaşaraq kitabı təhvil verib, göndərir.



    52 min dollar investisyia ilə fəaliyyətinə başlayan Kipu hələ ki, bir daşınma şirkəti ilə razılıq əldə edib və bu kanaldan pul qazanmaq niyyətindədir. Zaman keçdikcə yeni xidmətlər əlavə edərək pul qazanmağı hədəfləyən bu startup görünür ki, interfeys olaraq uğurlu deyil lakin hələlik tətbiqlər öz işinin öhdəsindən yaxşı gəlir. Tətbiqi Google PlayApp Store'dan yükləyə bilərsiniz.

    Mənbə: Webrazzi
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər