Kişilər üçün ödənişli, qadınlar üçün ödənişsiz olan tətbiq-Richy

334

Demək olar ki, sosial şəbəkələr həyatımızın çox vacib hissəsini təşkil etməyə başlayıb. Belə sosial şəbəkələrdən biri də Richy adlı tanışlıq platformasıdır. Amma bu sosial platforma digərlərindən fərqli olaraq kişilər üçün pullu, qadınlar üçün isə pulsuz təklif olunur.

İngiltərədə yaradılan mobil tətbiq qısa zamanda bir çox ölkələrdə istifadə olunmağa başlayıb və artıq Richy-nin 450.000-dək istifadəçisi mövcuddur. Belə ki, tətbiqə fikir versək onun haqda müəyyən fikir sahibi olmaq o qədər də çətin olmur. Belə ki, lüks həyat arzusunda olan və ya gedəcəyi ölkədə yeni tanışlıqlar qurmaq istəyən şəxslər bu tətbiqdən istifadə etməkdədir.

Richy-nin əsas kriteriyası isə "gözəl qadınlar və varlı kişilər” prinsipinə uyğun gəlir. Təbii ki, belə olan halda tətbiqdən istifadənin pullu olması da normal hal hesab olunmalıdır. Belə ki, tətbiqi istifadə edən kişilər mesajlaşma və video görüntü istifadə etmək üçün 59$ ödəniş etməlidirlər. Qadınlar isə tətbiqdən istifadəyə görə pul ödəmirlər. Hətta Richy, qonşu ölkə Türkiyədə App Store-un "Top Grossing” siyahısında üçüncü pillədə yer alır.


7 ölkənin mobil marketlərində ilk onluqda yer almağı bacaran tətbiq 2017-ci ildə istifadəçi sayını 2 milyona çatdırmağı düşünür. Verilən statistikalara əsasən istifadəçilər arasında kişi istifadəçilərin 90%-i 30 yaş və ondan yuxarı olan yaş aralığını əhatə edir. Xüsusilə Rusiya, Amerika, Türkiyə, Ukrayna Balkanlardan olan xanımların üstünlük təşkil etdiyi tətbiqdə qadınların 80%-i 20-30 yaş aralığındadır.