main-post-cover

    Kişiləri, elektromaqnit şüalardan qoruyacaq alt paltarlar təqdim olunub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Fransanın "Spartan” şirkəti, elektromaqnit şüalardan qorunmaq üçün kişi alt paltarlarını təqdim edib.

    Mobil cihazlar və Wi-Fi şəbəkələrindən qorunmaq üçün alt paltarların tərkibində gümüş liflər vardır. Bu cür alt geyimin hazırlanması fikri, "Spartan” şirkətinin təsisçisi Arthur Menard-ın ağlına gəlib. O bu layihəyə Klivlent xəstəxanasının tədqiqatlarından sonra start verib. Belə ki, həkimlər müəyyən ediblər ki, cibdə gəzdirilən mobil cihaz, kişilərin sağlamlıqlarına zərərli təsir göstərə bilər. Alt paltarının sahib olduğu material sanki elektromaqnit şüalar üçün nəzərdə tutulmuş qalxana bənzəyir. Təhlükəsizlik isə gümüş liflər sayəsində təmin olunur. Parça, 35% gümüş liflərdən ibarətdir və 99% mobil cihaz, Wi-Fi şüalanmalarının qarşısını alır. Sözügedən alt paltarların layihəsi, Kickstarter-də təqdim olunub. Bir alt paltarının minimal qiyməti isə 38 avro təşkil edir. Şirkət artıq ona lazım olan məbləğdən daha artığını yığıb. Alt paltarlar 6 ölçüdə təqdim olunublar. Menard-ın sözlərinə görə onlar istehsalatın xərclərini aşağı salmağın yollarını axtarırlar. Çox güman ki, bu, satışların artdığı bir vaxtda mümkün olacaq. Spartan adlı alt paltarları bu ilin İyun ayında satışa çıxacaqlar.

    Linki kopyala