main-post-cover

    "Kodak" şirkəti ikinci smartfonu Kodak Ektra-nı təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Kodak” şirkəti rəsmi olaraq Android əməliyyat sistemi ilə çalışan ikinci smartfonunu təqdim edib.

    Kodak Ektra 1941-ci ildə şirkətin satışa çıxardığı fotokameranın şərəfinə adlandırılıb. Klassik fotokameralar üçün olan aksessuarların tərzində hazırlanmış yeni dəri aksessuarlar vasitəsilə şirkət cihazın oldschool olduğunu diqqətə yetirir. Smartfonun arxa paneli fotokamera təqzində dizayn olunub. Kodak Ektra 5 inç Full HD IPS ekran, 10 nüvəli MediaTek Helio X20 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (microSD dəstəklənir) və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Smartfon Android 6.0 Marshmallow əməliyyat sistemi vasitəsilə çalışır. Kameraya gəldikdə isə Kodak Ekta 21 MP arxa və 13 MP ön kameraya sahibdir. 21 MP-li kamera fotonun optik stabilizasiyası, faza avtofokusu, ikiqat və iki rəngli işıqlandırma effekti və 4K videoçəkiliş funksiyalarını özündə birləşdirir. Smartfonun proqram təminatı isə foto və videoları redaktə etməyə bir çox imkanlar təklif edir. Kodak Ektra Dekabr ayında 499 avro qiymətinə satışa çıxacaq.
    Kodak Ektra smartfonu
    Kodak Ektra smartfonu
    Kodak Ektra smartfonu
    Kodak Ektra smartfonu
    Kodak Ektra smartfonu

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər