main-post-cover

    Köhnə instagram logosunu necə bərpa etmək olar? (iOS)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir müddət əvvəl instagram logo və dizaynında dəyişiklik edərək istifadəçilərinin əsəbləri ilə oynamağı bacarmışdı. Bu xəbərimizdə instagramın köhnə logosunun bərpası barədə yazacağıq.

    Son zamanlar istifadəçisi sürətlə artan instagram-dan son məlumatlara görə 300 milyon insan istifadə edir. Populyar şəkil və son yenilənmə ilə 1 dəqiqəlik video paylaşım şəbəkəsi olan instagram bir neçə gün əvvəl logo və daxili dizaynında dəyişiklik etdi. Bütün sosial media üçün gülüş mənbəyinə çevrilən və tənqid atəşinə tutulan instagram-ın dizaynerləri sözün əsl mənasında qınandı. Rəngli və paltaryuyan maşını xatırladan logosu ilə daxili dizaynı heç uyğun gəlməyən bu platformanın interfeysi bəzi istifadəçiləri narahat etdi və şikayətlər başladı. Hələ ki, yeni dizayna gözü öyrəşməyən və köhnə instagramı axtaranlar üçün isə bir həll mövcuddur. Yalnız iOS istifadəçilərinin tətbiq edəcəyi metod isə aşağıdakı şəkildədir:

    Bunun üçün safarı browseri vasitəsilə bu sayta daxil olursunuz. İstifadəçilərin qarşısına çıxan menyuda səhifənin alt hissəsində yer alan soldan üçüncü "icon"a daxil olursunuz. "Ana ekrana əlavə et" -düyməsi.




    "Click" etdikdən sonra köhnə instagram logosu cihazın ana ekranında görünəcək. Beləcə İnstagram-a giriş etmək istəyən istifadəçilər köhnə logoya daxil olaraq instagram ehsablarına giriş edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər