Köhnə iPhone-lar eBay-da sərvət dəyərində satışa çıxarılıb

773

Apple-ın 2007-ci ildə ilk satışa çıxardığı iPhone modellərini açılmamış qutusunda saxlayanlar indi onu eBay-da astronomik qiymətə satır.

9 yanvar 2017-cı ildə Steve Jobs tərəfindən satışa çıxarılan ilk iPhone nümunələri indiyədək çox böyük həvəslə bir çox istifadəçilər tərəfindən istifadə olunur. Həmin illərdə satışa çıxan 4GB və 8GB olaraq satışa çıxarılan iPhone modelləri həmin dövrdə 499599 dollar olmaqla satışa çıxarılmışdı.

Gələn il 10 ilini qeyd edəcək iPhone modelləri indi bir çox insan üçün qazanc rolu oynamağa başlayıb. Çünki ilk iPhone-u qutusunda saxlayan bir çox insan, eBay üzərindən telefonlarını astronomik qiymətə satışa çıxarıb.



Bir çox insanlar müxtəlif əşyalardan ibarət kolleksiyaya xüsusi önəm verirlər. Hətta bunun üçün sərvət dəyərində qiymətlər ödəməyə hazır olan insanlar da mövcuddur. Hal-hazırda eBay-da original iPhone-un ilkin nümunələrinin qiyməti 22.000 dollar təşkil edir. Bu telefonların bir çoxu qutusundan çıxarılmamış modellərdir. Amma buna baxmayaraq onlar içində original ikinci əl iPhone-lar da olduqca yüksək qiymətdən satışa çıxarılır.