main-post-cover

    Kök insanların şəhərindən qaçan oğlan haqqındakı reklam videosu, internet fenomenə çevrildi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Almaniyanın Edeka adlı supermarketi çox maraqlı bir reklam videoçarxı hazırlayıb.

    Həmin reklam videoçarxında insanlar yüksək dərəcəli köklükdən əziyyət çəkirlər və mütəmadi olaraq boz rəngli qida ilə qidalanırlar. Videoçarxın baş qəhrəmanı olan oğlan isə kök insanların yaşadıqları şəhərdən qaçmaq istəyir. Lakin öz çəkisinin çox olması ilə əlaqədar olaraq bunu edə bilmir. Lakin günlərin birində o, giləmeyvələr ilə qidalanan quş görür. Oğlan həmin quşdan nümunə götürərək boz rənqli qidadan tamamilə imtina edir və sağlam qidalanma rejiminə keçərək çəki atmağa başlayır. Sözügedən reklam videoçarxı, 15 Fevral tarixində təqdim olunmuşdu. Facebook-da o, 36 milyon, YouTube-da isə 2 milyondan çox baxış sayı yığmışdır. Edeka bu videoçarxı, sağlam qida reseptlərini təqdim edən servisin reklam kampniyası çərçivəsində hazırlayıb. Supermarketin təmsilçilərinin sözlərinə görə insan olmaq üçün insan kimi qidalanmaq lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər