Komanda üzvlərinizin bir-birləri ilə mehriban olmalarını nə üçün istəməlisiniz?
Digər
07.05.2017
Farid Pardashunas
Əgər komanda üzvlərinin bir-birləri ilə mehriban olduqlarını, güldüyünü görürsünüzsə və ya bir-birlərinə "Babat tutuzdurmusan haa brat”, "Halaldı sənə ətağa” kimi sözlər sərf etdiklərini eşidirsinizsə sağlam bir iş mühitinə şahid olursunuz. İş mühitində ortaq paylaşılan sevgi mükəmməl bir şeydir.
Əgər işçilər iş mühitində rahat olsalar və iş yoldaşları
tərəfindən dəstəkləndiyini düşünsələr yenilikçilik və yaradıcılığın dibinə vura
bilərlər.
Technote olaraq hər zaman komanda daxilində bir-birimizin "ətini didsək" də sümüyünü yadlara atmırıq. Qazandığımız hər uğuru qeyd edir, hər
komanda yoldaşımızın uğurlu işini qiymətləndiririk. Bizə görə yüksək səviyyədə
emosional zəka uğurun ən güclü təyin edicisidir.
Emotional Intelligence (Emosional Zəka)-nın yazarı Daniel
Goleman-a görə insanın emosional zəkasını yaradan 5 komponent mövcuddur.Emotional Intelligence (EQ); özünün fərqinə varmaq, özünü sevmək, motivasiya,
empatiya və sosial bacarıqlar. Bir şəxsin EQ səviyyəsi onun davranışlarını necə
idarə etdiyinə təsir göstərir.
İş Mühitində EQ
EQ komponentlərinin mövcud olduğu bir mühitdə işçilər
bir-birinə yüksək dərəcədə güvənərlər. Buna görə də işçilər, risk alarkən,
fikirlərini paylaşarkən və ya problem həll etdikdə yaradıcı fikirlər ortaya
qoyarkən özlərini rahat hiss edərlər. Fikir ayrılıqları və ya problemlər baş
göstərdiyi zaman yetkin və məhsuldar bir formada həll edərlər. EQ-su yüksək
işçilər dəyişikliyə asan uyğunlaşarlar.
Daha yaxşı EQ səviyyəsinə çıxmaq
İş yerinə yeni işçi alarkən EQ səviyyəsi yüksək şəxsləri
qəbul edin və ya hal-hazırda mövcud işçilərinizin EQ səviyyəsini yüksəltməyə
çalışın. Emosional zəka davranışlarını aşağıdakı kimi modellərə ayıraraq
başlayın.
Fərqlilikləri qucaqlayın.
Bugünlərdə bir çox işyeri son dərəcə çeşidlidir.
Background, həyat təcrübələri, qərarlar və dünya görüşü fərqli olan bir yığın
insan bir araya gəlmiş vəziyyətdədir. Hər şəxsin özünə məxsus xüsusiyyətlərinin
qoruyucusu olmaq məcburiyyətində deyilsiniz ancaq bu xüsusiyyətləri iş
mühitinizə fayda verəcək formada qucaqlaya bilərsiniz. Buna da bənzərsiz
xüsusiyyətləri olan şəxsləri onlara uyğun vəzifələrə təyin edərək bacara bilərsiniz.
Dərindən dinləyin.
Danışdığınız qədər dinləməyə fokuslanın. Hərkəsin eşidilməyə
ehtiyacı var. Siz də işçilərinizi dinləyərək onların da səsinin olduğu hissini
verin. İşçilərinizin dediyi şeylərlə bəlkə problemi həll edə bilməyəcəksiniz,
amma sadəcə onu dinləyərək onun üçün fərq yaratmış olacaqsınız.
Başqalarını önəmsəyin və bunu göstərin.
Müdirlər üçün işçilərini sevmək çox asan birşeydir, amma
bu sevgini işçiyə hiss etdirmək isə bir o qədər çətindir. İşçinizin vurğulamaq
istədiyi nöqtəni anlayın və lazım olduğunda şirkət qaydalarına belə istisna
yaradaraq onu xoşbəxt edin.
Əgər emosional zəkanın iş mühitiniz üçün bir məna ifadə
etmədiyini düşünürsünüzsə kiçik bir mübahisə mühiti yaradın, daha sonra işçilərinizin
əhvallarının səviyyəsini və görülən işlərin keyfiyyətini incələyin. Əhvallarının
korlandığını normal olaraq görəcəksiniz. Aparılan bir çox araşdırmaya görə işçilərin əhvalının korlanması şirkətin də iqtisadi səviyyəsinin düşməsinə gətirib çıxardır.
Buna görə də bir-birini sevən insanlardan ibarət olan iş
mühitindən qorxmayın. Bəlkə də məqsədinizə çatmaqdakı əsas rolu elə bu
oynayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək