Komandaya futbolçu seçimi etmək üçün maraqlı üsul tətbiq olunub

106

Sloveniyanın NK Domzale adlı komandasına rəhbərlik edən 33 yaşlı baş məşqçi Luka Elsner transfer dövrünün sonuna yaxınlaşarkən axtardığı sağ künc oyunçusunu tapmaq üçün olduqca maraqlı bir üsula müraciət etib

Elsner, iş dünyasının ən böyük ictimai sosial şəbəkəsi olan LinkedIn üzərindən paylaşdığı bir yazı ilə sağ künc oyuncusu axtardığını və axtardığı şəxsdən gözlədiyi xüsusiyyətləri qeyd edib.


Elan olduqca açıq və dəqiq idi. "Komandamız Domzale üçün Avropa Birliyi pasportu olan sağ künc oyuncusu axtarırıq. 3-4-3 sistemi üçün hücumda bir sağ künc oyuncusu olmalıdır ". Bu elan çox qısa müddətdə yayılıb və paylaşılan məlumatlara görə 3 gün kimi qısa bir müddətdə 150-dən çox müraciət gəlib. Müraciət edənlərlə necə bir görüş edilmiş, necə seçim olunması hələ bilinməsə də sonunda müraciət edənlər arasından ispan bir oyunçu ilə razılığa gəlinib.

İspaniyada bir qəzetə danışan Elsner vəziyyəti belə şərh edib. "50 futbolçu meneceri hesabımı təqib etdi. Üç gündə 150 ​​futbolçunun profili ilə tanış oldum. Tez müddətdə nəticə almaq üçün ən yaxşı yol bu idi. Seçimimizi Macar qrupu Videoton-da oynayan bir ispaniyalı oldu. Çox yaxşı bir iş ortaya çıxardığımızı ümid edirəm. "

Ümid edirik ki, seçilən şəxs oyunda özünü düzgün təqdim edər.