main-post-cover

    Kompüterlər üçün Instagram istifadəyə verildi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Windows 10 istifadəçiləri sonunda öz kompüterlərinə Instagram tətbiqini yükləyə bilərlər.

    Məşhur tətbiqin Windows 10 əməliyyat sistemli kompüterlər üçün çıxmasına baxmayaraq mobil versiyadan funksionallığına görə fərqlənir. PC istifadəçiləri tətbiqdə öz prfillərinə, fotolara baxa, digər istifadəçilərə ismarıclar göndərə və öz profillərində dəyişikliklər edə bilərlər. Bundan əlavə PC üçün olan versiyada fotoları həmçinin Facebook-da paylaşmaq mümkündür. "Technote.az"ın "Lifehacker.ru"a istinadən vediyi xəbərə əsasən Instagram-ın ən vacib xüsusiyyəti olan foto əlavə edilməsi funksiyası isə ciddi şəkildə sərhədləşdirilib. Belə ki, yeni fotonu ancaq o halda yaratmaq olar ki, sizin sensorlu ekranakameraya sahib planşet və ya PC-niz var.
    Beləliklə kompüterin sərt diskindən tətbiqə foto yükləmək alınmayacaq. Tətbiqin interfeysi hələki PC ekran üçün yaxşı dərəcədə adaptasiya edilməyib. Belə ki, tətbiq ekranın tam ortasında əks olunaraq qıraq tərəflərdə böyük boşluqlar buraxır. Bundan əlavə olaraq hələki Instagram Stories funksiyası da bəzi nasazlıqlar ilə çalışır. Yeni stories əlavə edən zaman istifadəçi tətbiqdən avtomatik olaraq çıxarılır. Ümumilikdə Instagram-ın PC versiyası hələki idealdan çox uzaqdır. Lakin çox güman ki, yaxın zamanda bütün problemlər ortadan qalxacaq. Tətbiqi burdan yükləyə bilərsiniz.
     
    Linki kopyala