main-post-cover

    Kompüterlərinizdən iPhone və iPad cihazlarına məlumat transferinin asan yolu: WinX MediaTrans

    Elm & Texnologiya
    07.05.2017
    Orkhan Karimov

    Bir çox iPad və iPhone istifadəçilərinin əsas problemlərindən biri foto, video və musiqi transfer etməkdir. Amma bu prosesi daha asan yolla həyata keçirməyin yolu da mövcuddur. Belə ki, bu işdə WinX MediaTrans sizə kömək edəcək.

    "Apple” məhsulları hər zaman daha asan istifadəsi və proqram təminatı baxımından digər modellərdən irəlidə yer alıb. Amma bu cihazlarda musiqi, foto və video köçürmə həyata keçirmək bir o qədər əziyyət hesab olunur. Bu işdə sizə WinX MediaTrans çox yaxından kömək edə bilər. WinX MediaTrans-ın əsas üstün cəhəti onun həm Windows, həm də Mac-da çox asanlıqla istifadəsini təmin etməkdir. WinX MediaTrans kompüterinizlə iPad və ya iPhone cihazları arasında foto, video, musiqi, iBook, səsli mesaj, iTunes U və poscast kimi bir çox media transferi asanlıqla həyata keçirilə bilir.


     
    Hətta əsas problemlərdən biri olan musiqi siyahısı transferini bu tətbiqlə həyata keçirmək mümkündür. WinX MediaTrans hətta elektron kitab formatlı ePUB fayllarını PDF/TXT/HTML çevirərək prosesi asan şəkildə həyata keçirir.
    Qiymət olaraq 1PC/Mac üçün 1 illik istifadə qiyməti 29.95 dollar, 2PC/Mac üçün isə müddətsiz istifadə 35.95 dollar təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər