Kosmik mövzuda olan "Passengers" adlı yeni filmin ilk traileri

309

Kosmik mövzuda olan "Passengers” adlı yeni filmdə hadisələr kosmik gəmidə cərəyan edəcək. İçərisində süni yuxuya getmiş 5000 sərnişinin olduğu kosmik gəmi həmin insanlar üçün yeni yaşayış yeri olacaq planetə yollanır. Lakin gəminin sistemindəki xəta zamanı 2 sərnişin yuxudan oyanır. Onlar başa düşürlər ki, planetə çatmaq üçün 90 il vaxt lazımdır. Onlar isə bu vaxtı bir yerdə keçirtməyə qərar verirlər. Bir müddətdən sonra iki baş qəhrəman bir-birinə qarşı güclü hislər bəsləməyə başlayırlar. Lakin bu zaman kosmik gəmi təhlükə ilə üz-üzə qalır və minlərlə həyatın xilas olunmasına yalnız bu iki insan nail ola bilər. Rejissoru Morten Tildum-un olduğu filmdə baş rolları Kris Pratt, Cennifer Lourens, Maykl Şin, Lourens Fişbörn və digərləri canlandırıblar. "Passengers” filminin premyerası bu ilin Dekabr ayının sonunda baş tutacaq.