Kosmos-da yaşamaq istəyənlər üçün vədəndaşlıq müraciətləri açıq elan edilib
07.05.2017
Farid Pardashunas
Bir çoxlarının xaricdə yaşamaq arzusuna daha biri də əlavə oluna bilər. Amma bu sizin təsəvvür etdiyiniz kimi dünya ölkəsi deyil, kosmos stansiyasıdır. Belə ki, artıq rəsmi qurumlar Asgardiaya vətəndaşlıq müraciətlərin qəbulunu təsdiqləyiblər
Niyə adın Asgardia olaraq seçilməsi də başqa bir
maraqlı məqamdır. Belə ki, Asgardia mifologiyaya əsasən Skandinaviya tanrılarının yaşadığı əfsanəvi
dünyanın adından götürülüb. Burda yaşamaq istəyənlərin də nəzərinə
çatdıraq ki, orda da təyin olunmuş qaydalar olacaq ki, bu da insanların rahat
yaşamaqlarını dəstəkləmək üçün nəzərdə tutulur. Qarşıdakı 18 ay içərisində
kosmosa göndəriləcək peyk ilə Asgardiaya başlayacaq səfər üçün vətəndaşlıq müraciətləri də
artıq başlayıb. Layihə rəhbəri İqor Aşurbeylinin sözlərinə görə Asgardia vətəndaşı
olmaq istəyən şəxslər öz ölkələrinin vətəndaşlığından imtina etməyə məcbur
deyillər çünki Asgardia texniki olaraq dünyada qalmağa davam edəcək.
Müraciət sayısı 100.000 olarsa, onda BMT-yə dövlət statusu almaq üçün müraciət
edə biləcəklərini deyən layihə rəhbəri, Asgardia vətəndaşlarının texniki olaraq
Dünyada qalacaqlarını, sadəcə Dünyanın başqa ölkəsində yaşayacaqlarını
vurğulayıb.
Asgardia vətəndaşlığına Vyanada yerləşən Beynəlxalq Hava və Kosmos Tədqiqat Mərkəzini quran bir rus iş adamının da
bu işə dəstək verdiyi bildirilir. İqorun sözlərinə görə Dünyadan ayrı olmayan
Asgardia üçün digər ölkələrin də iş birliyinə ehtiyacı olduqlarını bildirib.
Bu ölkəni qurmaqda məqsəd dünyanın qorunması və kosmos texnologiyası ilə maraqlananları
bu texnologiyalarla bir araya gətirməkdir.
Asgardiada vətəndaş olmaq istəyənlər burdan müraciət edə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!