main-post-cover

    Kosmosdan düşmüş iPhone 7-nin aqibəti (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Urban Gear Armor” şirkəti, mobil telefonların ekstremal şəraitlərdə salamat qalmalarını təmin edən xüsusi keyslər hazırlayır.

    İnternetdə sözügedən şirkətin iPhone 7 ilə etdiyi maraqlı bir təcrübənin videosu təqdim olunub. Belə ki, şirkət, iPhone 7-ni meteoroloji zond vasitəsilə stratosferin yuxarı qatlarına göndərib. Bu cür təcrübə, Monarch adlı keysin dözümlülüyünü test etmək üçün aparılıb. iPhone 7-nin hal-hazırda ən məşhur smartfon olduğu üçün məhz bu cihazın testdən keçirilməsi qərara alınıb. Beləliklə iPhone 7-ni xüsusi qoruyucu konteynerə yerləşdirib kosmosa göndəriblər. 2 saat yarımdan sonra meteoroloji zond 36 km hündürlükdə olub. Daha sonra meteoroloji zonddakı şar partlayıb və iPhone 7 enməyə başlayıb. Bəs əsas sual ondan ibarətdir ki. iPhone 7 salamat qalıbmı? Onu aşağıdakı videoya baxaraq öyrənə bilərsiniz.
    Linki kopyala