Ləğv edilmiş Nokia Moonraker adlı "ağıllı" saatların ilk videosu sızdırıldı

468

Ləğv edilmiş Nokia Moonraker adlı "ağıllı” saatların ilk videosu təqdim edilib.

Bir neçə vaxt bundan öncə Windows əməliyyat sistemi ilə çalışan Nokia Moonraker "ağıllı” saatları Windows Phone istifadəçilərinin ayrılmaz aksessuarı ola bilərdi. Lakin bəzi səbəblərdən bu cihazın bütün hüquqları nəticədə satıldı. Bu günə kimi sözügedən saatların bir sıra prototip fotolarına internetdə rast gəlmək olardı. Lakin bugün Nokia Moonraker saatlarının ilk videosu YouTube-da paylaşılıb. Saatlar tamamilə plastikdən hazırlanmışdır. Təqdim olunmuş videodan cihazın bütün özəlliklərini görmək olar. Saatın kiçik ekranında istifadəçi, gəlmiş ismarıclardan, zənglərdən və elektron poçt məktublarından agah ola bilər. Hətta xüsusi tətbiqdan istifadə edərək smartfon kamerasını uzaqdan idarə etmək olar. Saatlar həmçinin istifadəçinin aktivliyini ölçən ötürücülərə də sahib idi. Maraqlı innovasiyalara baxmayaraq çox güman ki, Nokia Moonraker çin olmamış arzu kimi qalacaq.