Lenovo markalı smartfonlar artıq istehsal olunmayacaq

08.05.2017 0 PAYLAŞIM 5951 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Çinin "Lenovo " şirkəti artıq bu brend altında smartfon istehsalını saxlamaq niyyətində olduğunu açıqlayıb. Bu haqda məlumatı Gizmochina portalı paylaşıb.

Verilən məlumata görə çox qısa zamanda "Lenovo " üzərində dəyişiklik ediləcək. Bundan sonrakı modellər Moto brendi altında istehsal olunacaq. Lenovo brendinə aid sonuncu telefon 8 noyabrda P2 adı ilə təqdim olunacaq. Bununla bərabər yeni Moto M modelinin də təqdimatı olacaq. Təəssüf ki, şirkət rəhbərləri mövzu ilə əlaqədar heç bir açıqlama verməyib. Rəsmi açıqlamanın P2-nin prezentasiyasında verilməsi istisna olunmur.


Xatırladaq ki, "Lenovan "ı Motorola Mobility 2014-cü ilin yanvar ayında "Google "dan 2.91 milyard dollara almışdı. Müqavilənin şərtlərinə görə Lenovo amerikalı internet-şirkəti özündə Motorola Mobility patentini saxlayırdı.