main-post-cover

    LG G6-nı 24 saat buzun içində saxlayaraq test etdilər (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yeni LG G6-nı çox maraqlı testdə keçirtdilər.

    Keçən ay MWC 2017-də təqdim olunmuş yeni LG G6, "LG” şirkətinin ilk modulsuz və IP68 standartlı sudan qorunmaya sahib flaqman smartfonu olmuşdu. Bu isə o deməkdir ki, sözügedən smartfon 1 metr dərinliyində suda uzun müddət qalmaq özəlliyinə sahib olmaldır. Bundan əlavə olaraq yeni smartfon, MIL-STD-810 standartlı hərbi dözümlülüyə də sahibdir. Max Lee adlı videoblogger, LG G6-nı sözün əsl mənasında ən sərt testdən keçirdib. Belə ki, o, LG G6-nı 24 saat müddətinə suya salıb və üstəlik suyu dondurub. Qeyd etmək lazımdır ki, IP68 standartlı istənilən smartfon bu cür testə dözmür. Sonda videoblogger, LG G6-nın olduğu buz əridib onu yenidən yandırmağa cəhd göstərdi. Böyük təəccübə səbəb olsa da smartfon tamamilə işlək vəziyyətdə idi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər