"LG" şirkəti bir dəfəyə 5 yeni smartfon anons etdi

234

"LG” şirkəti 5 yeni smartfon anons etdi.

Onlar, Yanvar ayının əvvəlində keçiriləcək CES 2017 tədbirində təqdim olunacaqlar. Yeni smartfonların adları Stylo 3, K10, K8, K4K3-dür.

LG Stylo 3, Android 7.0 əməliyyat sistemi üzərində çalışan orta qiymətli smartfondur. Həmçinin smartfon stilus ilə təchiz olunacaq. Onun texniki göstəriciləri isə aşağıdakı kimidir.

5.7 inç ekran

3 GB RAM və 16 GB daxili yaddaş

3200 mAh enerji tutumlu batareya

13 MP arxa və 8 MP ön kamera

K seriyalı smartfonlara gəldikdə isə onlardan K10 və K8, Android 7.0 Nougat, K4 və K3 isə Android 6.0.1 əməliyyat sistemləri vasitəsilə çalışacaqlar. Həmin smartfonların texniki göstəriciləri ilə aşağıdan tanış ola bilərsiniz.

LG K10:

5.3 inç ekran

8 nüvəli MediaTek MT6750 prosessoru

2 GB RAM və 16 GB daxili yaddaş

2800 mAh enerji tutumlu batareya

13 MP arxa və 5 MP ön kamera

LG K8:

5 inç ekran

4 nüvəli Snapdragon 425 MSM8917 prosessoru

1.5 GB RAM və 16 GB daxili yaddaş

2500 mAh enerji tutumlu batareya

13 MP arxa və 5 MP ön kamera

LG K4:

5 inç ekran

4 nüvəli Snapdragon 10 MSM8909 prosessoru

1 GB RAM və 8 GB daxili yaddaş

2500 mAh enerji tutumlu batareya

5 MP arxa və 5 MP ön kamera

LG K3:

4.5 inç ekran

4 nüvəli Snapdragon 10 MSM8909 prosessoru

1 GB RAM və 8 GB daxili yaddaş

2100 mAh enerji tutumlu batareya

5 MP arxa və 2 MP ön kamera