main-post-cover

    "LG" şirkətinin əyilə bilən smartfonunun dizayn fotoları sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bu il Çin istehsalı smartfonlar kompakt korpusda böyük ekran özəllikləri ilə sevindirməyə söz veriblər.

    Lakin istehsalçılar yastı ekran sərhədini keçmək arzusunda olub, əyilə bilən cihazlar üzərində də çalışırlar. "LG” şirkəti də istisna olmayıb. Şirkətin yeni patentində əyilə bilən cihazın maraqlı dizaynı əks olunub. Əyilə bilən cihazın elastik paneli, səthin bütün hissəsini tutur. Yığılmış vəziyyətdə ekranın bir hissəsi müəyyən dərəcədə kənara açılaraq kamera, söndürüb/yandırma düyməsi və barmaq izi skanı üçün yer azad edir. Bu cür dizayn tərtibatını biz ilk dəfə görürük. Deməli, smartfon rejimində əyilmiş hissə, bildirişləri, səsin tənzim olunması və playerin idarəolunması düymələrini əks etdirir. Sözügedən patent haqqında məlumatlar tez bir zamanda silinib. Məlumatlara əsasən "LG” və "Samsung” şirkətləri, əyilə bilən smartfonları artıq bu ilin ikinci yarısında təqdim edəcəklər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər