main-post-cover

    "LG", "Valve" ilə birlikdə HTC Vive-a rəqib olmağa hazırlaşır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "LG”dən HTC Vive-a rəqib gəlir!

    Görünür, "LG” şirkəti da masaüstü kompüterlər üçün virtual reallıq bazarına addım atır. Həm də "Valve”ın bütün dəstəyini arxasına alaraq.  Ətraflı məlumatlar xəbərimizdə. Hal-hazırda oyun konsolları və masaüstü kompüterlər üçün istifadədə olan VR, yəni virtual reallıq sistemlərinin ən populyarı PlayStation VR oldu. Qısa müddətdə 1 milyona yaxın satış reallaşdıraraq və rəqiblərini üstələyərək çox geridə qoydu. "Sony”nin bu danılmaz müvəffəqiyyətinin ardından isə "HTC” firması gəlir. İki fərqli yolda yarışan  və tamamilə fərqli oyunçu kütlələrinə xitab etmiş olsalar da, il sonunda hansı VR qurğusundan daha çox satıldığı müqayisəsi mütləq ediləcəkdir.
    "HTC” isə hakim olduğu PC bazarında indiyə qədər tək rəqibi deyə biləcəyimiz "Oculus” tərəfindən çox da narahat edilmirdi. Çünki HTC Vive-ın rəsmi olmayan satış rəqəmləri 420 min ətrafındadır. "Oculus” isə yalnız 150 min ətrafında bir satış reallaşdıra bildi. Lakin bu vəziyyət qarşımızdakı həftədən etibarən dəyişə bilər. Çünki "LG” tərəfindən  gələn şərhlərə görə Game Developers Conferance, yəni Oyun Yaradıcılar Konfransında, "Valve” ilə iş birliyi edərək  çıxardacaqları ilk masaüstü VR cihazını təqdim edəcəklər. Xatırlayacağınız kimi "Oculus”un PC platformasında yaşadığı ən böyük problemlərdən biri, "Valve” ilə ortaq olaraq işləməsi olmuşdu. "HTC”, Vive-ı bazara çıxartdığı andan etibarən Dota 2 kimi nəhəng bir oyun da daxil etməklə birlikdə, Steam üzərindən bir çox oyuna VR dəstəyi təqdim etmişdi. İndi eyni yolu "LG” şirkətinin də gedəcəyi kimi görünür. Əlimizdə "LG”-nin VR-ı mövzusuna aid daha çox məlumat yoxdur, amma ən azından "Valve”dan tam dəstək aldığını və "HTC Vive”ında istifadə edilən hərəkət təqib sisteminin bir bənzərinə sahib olacağını söyləyə bilərik. Son olaraq da "LG”nin daha əvvəl mobil cihazlar üçün bir virtual reallıq cəhdi olduğunu  bildirmək lazımdır. Ancaq  ortaya çıxan məhsulun insanlara təsiri olduqca uzaq, zəif bir cihaz olduğunu da xatırladaq.
    Linki kopyala