LG Watch Style və Watch Sport təqdim edildi!

08.05.2017 0 PAYLAŞIM 5434 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

LG, Android Wear 2.0 əməliyyat sistemi ilə işləyən yeni Watch Style və Watch Sport model ağıllı saatlarını təqdim etdi. LG-nin ağılllı saatları istifadəçilərə hansı xidmətləri göstərəcək?

Google, geyinilə bilən texnologiya sahəsində hərəkətlənməyə səbəb olan Android Wear 2.0 əməliyyat sistemi ilə birlikdə, LG tərəfindən istehsal ediləcək olan yeni ağıllı saat modelini satışa çıxaracağını açıqlamışdı. Ortaya çıxan onminlərlə sızıntının ardından nəhayət ki, LG yeni Watch Style və Watch Sport model ağıllı saatlarını təqdim etdi.

Buyurun, Android Wear 2.0 ilə qutudan çıxan LG Watch Style və LG Watch Sport model ağıllı saatların, texniki xüsusiyyətlərinə və dizaynına brilikdə baxaq.

LG Watch Style xüsusiyyətləri!

LG Watch Style modeli 1.2 inç böyüklüyündəki dairəvi P-OLED ekranında 360x360 piksel keyfiyyəti təmin edir. Bluetooth və Wi-Fi əlaqəsi ilə təchiz edilmiş olan Watch Style, Qualcomm tərəfindən inkişaf etdirilmiş olan Snapdragon Wear 2100 prosessorundan güc alır.


28nm qrafikiylə hazırlanan və 1.2 GHz sürətində işləyən 4 ədəd ARM Cortex A7 nüvəsinə sahib olan Snapdragon Wear 2100 prosessoru, qrafik tərəfindən Adreno 304 GPU-dan güc alır.

512 RAM və 4 GB daxili yaddaş sahəsinə sahib olan ağıllı saat, IP67 sertifikatı ilə gücləndrilmiş paslanmaz polad gövdəsi və dəri kəmərləri ilə olduqca qəşəng bir görünüş təmin etməklə birlikdə 240 mAh həcmli batareyadan güc alır.

LG Watch Sport xüsusiyyətləri!

Watch Style modelində olduğu kimi Snapdragon Wear 2100 prosesorundan güc alan və 768 MB RAM-a sahib olan LG Watch Sport modeli 1.38 inç böyüklüyündə ki P-OLED ekranında 480x480 piksel keyfiyəti təmin edir.

4 GB daxili yaddaş sahəsinə sahib olan və 430 mAh həcmli batareyadan güc alan Watch Sport, Bluetooth, Wi-Fi və LTE əlaqəli seçimlərlə yanaşı GPS, NFC, ürək atışı sürəti sensoru və barometr kimi əlavə xüsusiyətləri ilə olduqca diqqət cəlb edir.


10 fevral tarixindən ABŞ-da və sonrasında Kanada, Rusiya, Cənubi Koreya, Tayvan, və İngiltərə-də satışa çıxacaq olan LG Watch Style 249 dollar, LG Watch Sport modeli isə 349 dollar qiymətində olacaq.