LG yeni 7 ağıllı telefon təqdim edəcək

08.05.2017 0 PAYLAŞIM 5289 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Bir çox məlumatları sızdıran Evan Blass adlı mənbəyə görə LG, Las Veqasda olacaq təqdimata görə CES 2017 (İstehlakçı Elektronika Mərasimində) yeni K seriyası, X seriyası və Stylus adlı yeddi telefon tanıdacaq.

Cənubi Koreyanın ağıllı telefon istehsalçısı CES 2017-də K3 2017, K4 2017, K8 2017, K10 2017, iki X-seriyalı ağıllı telefonlar X power 2, X caliber və Stylus 3 adlı ağıllı telefonlar təqdim edəcək.

 

Ağıllı telefonların bəzi xüsusiyyətləri də ortaya çıxdı, ancaq cihazlarda yer alan prosessorlar hələ də sirr olaraq qalır. Sızdırılan məlumatlara görə onun xüsusiyyətləri aşağıdakılardır:

LG K3 2017- 4.5-inç ekran, 5MP arxa və 2MP ön kamera, 2100mAh batareya

LG K4 2017- 4.7 inç ekran, 8MP arxa və 5MP ön kamera, 2500mAh batareya

LG K8 2017- 5.0 inç HD ekran, 13 MP arxa və 5MP ön kamera, 2500mAh batareya

LG K10 2017- 5.3 inç HD ekran, ön və arxa 2.5D cam, 5MP ön selfi kamerası, barmaq izi oxuyucusu,

LG X Power 2- 5.5 inç HD ekran, 4500mAh batareya, 13 MP arxa və 5MP ön selfi kamerası.

LG X calibur- su / toz keçirməz (IP68), ciddi standartlara dayanıqlılıq, 4100mAh batareya

LG Stylus 3 (Stylo 3 Plus)- 5.7-inç ekran, 32GB ROM, digital qələm, 13 MP arxa və 5MP ön kamera, 3200mAh batareya, barmaq izi oxuyucusu