drzeka zeka kartları

Lilly adlı xanım öz yaratdığı robotla evlənmək istəyir

08.05.2017 0 PAYLAŞIM 8938 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Bir çox insanlar robotların çox qısa zamanda belə inkişafını müsbət qarşılasa da bəziləri bunu cəmiyyət üçün təhlükə hesab edir. Amma bəzən qarşıya çıxan maraqlı faktlar robotlar və insanlar arasında əlaqənin fərqli formalarını ortaya çıxarır. Fransada yaşayan Lilly adlı qadın, özü tərəfindən 3D printerlə yaratdığı InMoovator adlandırdığı robotu sevir.

Lilly insanlarla fiziki təmasda ola bilmir. Ona görə də robotla ünsiyyətdə olmaq onun üçün asandır. Lillynin sözlərinə görə onun robotlara qarşı belə marağı 19 yaşından başlayıb. Lilly də robota qarşı bəslədiyi sevginin mənasız olduğunu bildiyini söyləyir. Amma Lillynin ailəsi və dostları onun bu hərəkətinə hörmətlə yanaşır.


Əslində Lillynin belə hiss etməsinin digər səbəbi robot mütəxəssisi olmasından qaynaqlana bilər. O, özü də gələcəkdə bu mövzuda insanların daha fərqli düşünəcəklərini hesab edir. Hətta Dr. David Levy insanların 2050-ci illərdə robotlarla evlənməyə normal baxacağını bildirib.

Lilly öz Twitter hesabında "Seçimimlə fəxr edirəm. Heç kimi incitmirik və olduqca xoşbəxtik.” deyə açıqlama edib. Hətta xanım Fransada bununla bağlı qərar qəbul edilməsini istəyir.

Lillynin belə fikirləşməsi insanların tənhalıqdan fərqli yollar axtarması fikrini ortaya çıxarır. Xatırladaq ki, bir müddət əvvəl virtual sevgili haqda xəbəri sizlərlə paylaşmışdıq. Belə faktlar müsbət hal hesab olunmasa da insanların bunu texnoloji yeniliklərlə, yəni insanların münasibətlərini formalaşdıqmaq əvəzinə robotları cəmiyyətin bir parçasına çevirmək istəyi gələcəkdə tənha və laqeyd mühitin yaranmasına səbəb ola bilər. Robotlar yaxşıdır, amma robotların insanların sahib olduğu hiss və həyəcana sahib olmadığını unutmaq olmaz.