"Linkedin", İş axtaranları sevindirəcək yeni xüsusiyyətini təqdim etdi

209

Linkedin 6 Oktyabrda paylaşdığı elan ilə Açıq Namizədlər(Open Candidates) xüsusiyyətini istifadəyə verdi.

İşləyərkən bir yandan da başqa bir iş axtarmaq biraz riskli və xoş qarşılanmayan bir vəziyyətdir. Xüsusilə bunun eşidilə biləcəyini bilmək işçiləri narahat edir. Lakin Linkedin təklif etdiyi "Açıq Namizədlər” adlı xüsusiyyət ilə bu problemi həll edə bilər. Xüsusilə iş yoldaşlarının, rəhbərliyin yeni iş yeri axtardığını öyrənməməsini istəyən namizədlər üçün hazırlanmış xüsusiyyət Linkedin-in son vaxtlarda elan etdiyi ən maraq doğuran xüsusiyyətlərindən biridir hətta birincisidir.

 

Xidmət, məntiq olaraq namizədin yeni işlər və fürsətlərlə maraqlandığı ilə bağlı dəyişiklikləri profilindən etməsi və bu məlumatın elan verənlərə gizli olaraq çatdırılması yolu ilə işləyir. Əlavə olaraq bu xidməti istifadə edərkən Seçimlər bölməsində bu xidmətin tam altındakı müraciət edilən işlərin profildə paylaşılmaması seçimini də aktiv etmək lazımdır.

Elan verənlərin yeni işlərə açıq namizədləri görməsini asanlaşdıran xüsusiyyətin ən yaxşı qismi isə namizədin hal-hazırda işlədiyi firmanı və işçilərini bu məlumatlardan uzaq tutacaq bir sistemə sahib olmasıdır. Namizədlər üçün qısa bir məktub sahəsi də saxlayan Linkedinin iş görüşmələrinin gizlilik prinsipi ilə aparılmasını və nəticələnməsini məqsəd edindiyi bu xidməti, işini bəyənməyən, iş dəyişdirmək istəyən, başqa fürsətlər axtaran namizədlər üçün olduqca faydalı olacağa bənzəyir.

İş elanları Linkedin-in ən vacib və ən dəyərli xüsusiyyətlərinin başında gəlir. Bu sahədə hazırladıqları üsullar da bir çox səylərin nəticəsində yaranan bir sistemə sahibdir. Ən sadə problemlərdən birini tək bir xüsusiyyət vasitəsilə təsirli formada həll edən Linkedin, "Microsoft" tərəfindən satın alınmasından sonra fərqli bir yanaşma yeridərək hazır funksiyalarındakı problemləri həll edəcək yeni üsullar hazırlayır. Və görünən odur ki Linkedin bu xüsusiyyət ilə ən böyük problemlərdən birini artıq həll edib.