Litva, startapçıların viza alma prosesinin asanlaşdırılması proqramına start verdi
Digər
07.05.2017
Farid Pardashunas
Litva höküməti, startapçılar üçün asanlaşdırılmış viza proqramına start verib.
Qeyd etmək lazımdır ki, bu qanun, keçən ilin Avqust ayında qəbul
olunmuşdu. Sözügedən proqrama, Litvada biznes qurmaq istəyən gənc texnoloji
startaplar dəvət olunur. Proqrama qoşulmaq istəyən startaplar, böyük biznes
modelə sahib olmalı, biotexnoloji, nanotexnoloji, İT, elektronik və lazer
texnologiyaları sahəsində fəaliyyət göstərməlidirlər. Tələb olunan özəlliklər
arasında startaplara xarici investisiyaların olunması vacib deyil. Lakin əgər
olunubsa bu müsbət göstəricidir. Müsabiqədən keçmiş startaplara, hökümət müəyyən
müddət Litvada yaşamaq üçün viza əldə etmə prosesinin asanlaşdırılacağına təminat
verir. Bundan əlavə olaraq startap rəhbərinin ailə üzvləri də bura daxildir.
Sözügedən vizanın əldə olunması, startapa? Litva höküməti tərəfindən investisiya
yatırılması demək deyil. Müsabiqədən keçmiş startap rəhbəri, vizanın əldə
olunması üçün 114-228 avro civarında rüsum ödəməli olacaq. Sözügedən proqram
haqqında daha ətraflı məlumatı almaq və ona qoşulmaq üçün bura daxil ola bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək