main-post-cover

    Ölmüş beyni canlandırmaq olarmı?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Amerikalı alimlər ölmüş beynin canladırılması üzərində təcrübələrin başlanmasını bildiriblər. Kəllə beyin travması nəticəsində həyatlarını itirmiş bəzi insanların üzərində işlərin start götürülməsi barəsində artıq icazə alınıb. Ölmüş beyni həyata qaytarmağı Bioquark adlı biotexnoloji amerikan şirkəti planlaşdırır. Onların ReAnima adlı layihəsi ABŞ-dakı müşahidələrin etik tərəfi üzrə komitəsindən təsdiq alıb. ReAnima-nın əsas məqsədi bütün müasir biotibbi texnologiyaların öyrənilməsi və onların köməyi ilə ölmüş beynin funksiyalarını bərpa etməkdir. Kliniki təcrübələr ABŞ-da və Britaniya-da rəsmi olaraq ölmüş hesab edilən 15-65 yaşlı insanlar üzərində aparılacaq. Baxmayaraq ki, onlar xüsusi cihaza qoşulu vəziyyətdədirlər. Layihənin rəhbəri Ira Pastor-un fikrincə məqsəd o qədər də fantastik deyil. O qeyd edib ki, bəzi canlı orqanizmlərin növləri (amfibiyalar və bəzi balıqlar) həyat üçün təhlükəli travmalardan sonra belə öz beyinlərinin bir çox hissələrini o cümlədən sütun hissələrini yeniləyə və canlandıra bilirlər. İnsanlar isə özləri mərkəzi sinir sistemlıərini bərpa edə bilmirlər. Lakin bunun üçün onlara yeni texnologiyalar kömək edə bilər. Ölüm diaqnozu almış beynin funksiyalarını yenidən bərpa etmək üçün alimlər peptidlərdən, lazerlərdən, sütun hüceyrələrindən və sinirlərin stimullaşdırılmasından istifadə edəcəklər. İlk nəticələrin 2-3 aydan sonra alınması gözlənilir. Bərpa olunma əlamətləri tomoqrafiya vasitəsilə sinir iliyinin yuxarı hissəsiniin sərhədində və beyin sütununun aşağı hissəsində əks olunmalıdır. Bütün tənqidlərə baxmayaraq ReAnima layihəsinin iştirakçıları aparılacaq təcrübələrin perspektivliyinə inanır və real işləyən texnologiyanın artıq 2017-ci ildə yaradacaqlarına ümid edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər