"Logan" filminin ilk traileri
Digər
07.05.2017
Farid Pardashunas
Uzun illərdən sonra qocalmış Loqan
onu bir dəfəlik məhv etməyə hazır öz keçmiş düşməninə qarşı çıxmalıdır. Bu dəhşətli
döyüşdə o özünə yaxın olan insanları xilas etməli və öz düşmənini məhv etməlidir.
Lakin bir şeyi anlamaq lazımdır ki, bütün bu illər heçdə Loqan-ın xeyrinə keçməyib.
O artıq əvvəlki kimi deyil. 100 illərlə keçirilmiş həyat sona yaxınlaşır. Buna
baxmayaraq bilmək lazımdır ki, öz həyatının son qürubunu yaşayan heyvan daha
böyük yırtıcılıqla döyüşür. Rejissoru Ceyms Menqold-un olduğu filmdə baş
rolları Hyu Cekmen, Patrik Stüart, Boyd Holbruk, Doris Morqado, Sienna Novikov
və digərləri canlandırıblar. "Logan” filminin premyerası gələn ilin Mart ayında
baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)