MacBook-un daxilində qəribə əşyaya rast gəlindi (VİDEO)

461

Greatease ləqəbli internet istifadəçisi, 2012-ci il modeli olan MacBook-nun hissələrə ayrılmış vəziyyətdə fotolarını paylaşıb.

Belə ki, istifadəçini heyrətləndirən cəhət, onun MacBook-nun daxilində qəpik aşkar etməsidir. Greatease hələ bilmir ki, nəyə görə MacBook-u yığanlar onun cihazının optik diskoxuyucu hissəsinə qəpik qoyublar. Bəlkədə onlar bunu diskoxuyucunun balanslaşması və ya onun təsbit edilməsi üçün ediblər. Qeyd etmək lazımdır ki, Greateaser bu tapıntını aşkar edən yeganə şəxs deyil. Digər istifadəçilər də bu cür tapıntı ilə qarşılaşdıqlarını xəbər veriblər. Göründüyü kimi qəpiklər fərqlidir. "Apple hələki hadisə ilə bağlı heç bir fikir bildirməyib.