main-post-cover

    Mail.ru satılır

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    MegaFon məsələ ilə bağlı rəsmi məlumat verib.

    Belə ki, Rusiyanın böyük mobil operatoru olan MegaFon, "Mail.ru Group" şirkətinin 63.8% səhmlərini alacaq. "Technote.az"ın "MegaFon"a istinadən verdiyi xəbərə əsasən müqavilənin dəyəri 740 milyon dollar təşkil edir. Onun 640 milyon dollarını MegaFon, müqavilənin bağlandığı zaman, qalan 100 milyon dollar vəsaiti isə 1 ildən sonra ödəməlidir. Səhmlər, "USM”, "New Media and Technology Investment LP”, "New Media Technologies Capital Partners Limited"Ardobe Finance Limitedqrup şirkətlərdən alınacaq. Yaxın zaman ərzində MegaFon-nun direktorlar şurası, satışın təsdiqlənməsi üçün səhmdarlar arasında görüş təşkil edəcək. Şirkətlərin məlumatlarına əsasən sözügedən müqavilə, ortaq layihələrin inkşaf etdirilməsində köməklik edəcək.
    Linki kopyala