main-post-cover

    Maraqlı araşdırma. Şəkildəki canlının biri digərlərindən daha tez müşahidə oluna bilir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sosial media yeni bir şəkil tanıma testini müzakirə edir.

    Sosial mediada yer alan bir şəkil hər kəsin diqqətini çəkib. Belə ki, şəkil 4 bölümdən ibarətdir və hər birində ayrı-ayrı təsvirlər yer alıb. Bildirək ki, şəkildə təsvir olunan hər 4 təsvir bir heyvana aiddir.
     
    Şəkli görmək üçün xüsusi gözə ehtiyac yoxdur. Amma alimlərin bildirdiyinə görə 4 təsvirdə yer alan 4 heyvandan biri digərləri ilə müqayisədə daha tez nəzərə çarpır.



    Əslində şəkildə istifadə olunan tək effektin kölgələmə olduğunu demək mümkündür. Gördüyünüz kimi şəkillərdə yer alan heyvanlar quş, balıq, pişik və ilandır. Amma araşdırmaçılar təcrübədə iştirak edənlərin ilk əvvəl ilanı daha tez gördüyünü bildirir.
    Bunun isə çox maraqlı izahı var. Belə ki, araşdırmaçılar bunun bizim ulu babalarımızın təhlükəli düşmən saydıqları canlılara qarşı daha həssas olması ilə əlaqələndirirlər. Belə görünür ki, bu həssaslıq hələ də davam etməkdədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər