Maraqlı photoshop nümunələri ilə hamını əyləndirən fotoqraf

1339

Məşhur photoshop ustası James Fridman yenə maraqlı yeniliyə imza atıb. Belə ki, James ondan xahiş edilən şəkillərə maraqlı əlavələr edir.

James Fridman photoshop etdiyi maraqlı şəkilləri öz Twitter səhifəsində paylaşır. Belə ki, onun photoshop etdiyi şəkillərin əsas maraqlı tərəfi, şəkilləri istifadəçinin istədiyi kimi daha maraqlı tərzdə təqdim etməsidir. İstifadəçilərin təqdim etdiyi şəkillər və onlar üzərində edilən dəyişikliklər isə bir çoxları tərəfindən maraqla qarşılanır.

Əgər siz də James-dən öz şəklinizə dəyişiklik etməsini istəyirsinizsə, onda istəklərinizi daha diqqətli gözdən keçirərək müraciət edin, çünki James öz işlərində yumora xüsusi yer verir.

Onun bəzi işlərini sizlərlə paylaşırıq.

 

Şəkildə xanım, Jamesdən onun arxa fonunu əhatə edən divardakı yazını photoshop-un köməyilə silməsini istəyir və budur James, xanımın istədiyini yerinə yetirir.

Bu şəkildə isə xanımlar Jamesdən daha təhlükəli sularda üzdüklərini göstərməklərini istəyir. James isə onların ekstrim həvəsini öz işi ilə daha əyləncəli hala gətirib.

Burda isə mövzu daha maraqlıdır. Belə ki, bu qızların hər ikisi eyni oğlanı sevir və çəhrayı ayaqqabıdakı qız digərinin şəkildə daha pis görünməsini fotoqrafdan istəyir, çünki bu şəkli həmin oğlana göndərmək istəyir. Fridman isə onu geri çevirmir və peşəkarlığını öz işi ilə ortaya qoyur. 

Bu şəkildəki şəxs isə Jamesdən onun çox maraqlı sosial həyatı olduğunu göstərməsini istəyir və James şəkilə effektlər əlavə edərək, 2016-cı ildə Sosial həyat. Sİzi məyus etdimsə, üzr istəyirəm" deyə rəy bildirib.

Bu istifadəçi isə şəkildə öz dostunu daha formal göstərməsini istəyir və James onu xüsusi formaya salır. Nə demək olar, hamısı çox maraqlıdır. İşin içində yumor yer alırsa, daha əyləncəli hala gəlir.