main-post-cover

    Mark Zuckerberg-in şəxsi səhifəsinin bilinməyən sirləri açılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Facebook sosial şəbəkəsinin 10-larla əməkdaşı, Mark Zuckerberg-in şəxsi səhifəsinin istifadəsində Mark-a kömək edir.

    Məlumata əsasən bu üzrə çalışan xüsusi komanda, sosial şəbəkədi postların tərtib olunmasında Mark-a kömək edir. "Technote.az"ın "Bloomberg"ə istinadən verdiyi xəbərə əsasən həmin işçilərdən bəziləri isə təhqiredici şərhlərin və spamların silinməsi ilə məşğul olur. Bundan əlavə şirkətdə Mark-ın səhifəsi üçün vizual məzmun hazırlayan təcrübəli fotoqraflar çalışırlar. Onlarla birlikdə həmçinin The Washington Post üçün Siriyalı qaçqınların həyatlarını işıqlandıran məşhur fotoqraf Charles Ommanney çalışır. Mütəxəssislərin sözlərinə əsasən Mark-ın komandası ona təkcə "Facebook”u simvolizə edən sosial imic deyil, həmdə adi insanların ona inancını yaradır. "Onun kimi eyni komfortlu səviyyədə həm şəxsi həmdə iş həyatını təqdim edən ikinci bir biznes lider tanımıram” – deyə Steve Jobs-la çalışmış Cənubi Karolina Universitetinin professoru Fred Cookbildirib.
    Linki kopyala