main-post-cover

    Mark Zuckerberg-in, yaxın zamanda Facebook-da reallaşdıracağı funksiyalar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Hər iki aydan bir "Facebook”, öz mühəndislərini gündəlik işlərdən azad edərək istədikləri hər bir layihə ilə məşğul olmalarına şərait yaradır. Bu cür hackhatonlar böyük IT şirkətlər arasında məşhurdur. Hıəmin tədbirləri hətta "Googleda təşkil edir. Bu cür hackhatonlar sayəsində Facebookda yeni, maraqlı funksiya və məhsullar ortaya çıxır. Məsələn ən məşhur sosial şəbəkənin videoplayer-i və çat sistemi məhz hackhaton zamanı yaradılmışdır. Öz ideyalarının prototiplərini yaradandan sonra mühəndislər, onları həmkarlarına göstərərək səsvermə keçirdirlər. Ən çox səs toplayan ideya, "Facebook” CEO-u Mark Zuckerberg-ə və digər rəhbərlərə təqdim olunur. Bazar ertəsi Mark Zuckerberg-in hesabında paylaşılmış canlı yayım da məhz şirkətin sonuncu hackhaton tədbirindən olan ideyaların qiymətləndirilməsi ilə bağlı idi. Təbii ki, həmin ideyaların hamısı reallaşdırılmasa da, görünür onlardan bəzilərini Mark Zuckerberg artıq təsdiqləyib.”Facebook” mühəndislərinin fikirləşdikləri maraqlı ideyaları sizlərə təqdim edirik.
    Oculus VR cihazı üçün nəzərdə tutulmuş və öz temperaturunu dəyişən gamepadlar.
    "Facebook”a məxsus "Oculus” şirkətinin əməkdaşlarından biri, Oculus VR üçün olan gamepadları təkmilləşdirib. Belə ki, təkmilləşdirilmiş gamepadların sayəsində insanlar əlləri ilə istini və soyuğu hiss edə biləcəklər. Bunun üçün mühəndis, xüsusi termal soyuduculardan istifadə edib. Mark Zuckerberg virtual ocağın yanında təkmilləşdirilmiş gamepadları test edən zaman "Olduqca istidir” cümləsindən istifadə etmişdi.
    Hansısa şəxsin yoxa çıxması zamanı Facebook Messenger vasitəsilə onun yerinin təyin olunması.
    Əgər siz öz yaxın dostunuzu tapa bilmirsinizsə və onun təhlükəsizliyi barəsində narahat olursunuzsa onda Facebook Messenger, itmiş dostunuzun harda olduğu barədə sorğu göndərməyinizə imkan verəcək. Sorğu, vaxt ilə çalışır. Yəni sorğu göndərilən andan sonra sizin dostunuz onu ya təsdiq yada təkzib etməlidir. Əks halda bu baş verməsə onda Messenger dostunuzun harda olduğu barəsində məlumatı sizə avtomatik olaraq çatdıracaq.
    Şərh bölməsində GIF animasiyaların yerləşdirilməsi.
    Yaxın zamanda istifadəçilər postların şərh bölməsinə GIF animasiyalar yerləşdirə biləcəklər. Yəni GIF animasiyalar üçün düymə bilavasitə şərh bölməsində aktivləşdiriləcək. "Düşünürəm ki, bu çox məşhur olacaq” – deyə Mark Zuckerberg bildirib.
    Offline rejimdə mesajlaşmaq.
    "Facebook” mühəndislərindən biri, inkişafda olan bazarlar üçün nəzərdə tutulmuş Messenger Lite əsasında hazırlanmış offline rejimli messencerin demo versiyasını təqdim edib. Sözügedən funksiya, internetin olmadığı vaxtda belə mesajlaşma imkanını yaradacaq. Bu isə öz növbəsində mobil telefonların Wi-Fi siqnalları hesabına baş tutacaq. Görünür bu ideya Zuckerberg-in xoşuna gəlib.
    Şərhlərdə əks olunanların hesabına yaranan ümumi foto və videolar.
    Süni zəka vasitəsilə mühəndislər, şərhlərdə əks olunanların hesabına ümumi foto və videolar yaradan alqoritmin demosunu təqdim ediblər. Beləliklə məsələn əgər siz dostlarınızdan xahiş etsəniz ki, onlar sizin postunuzun şərh bölməsinə toy ilə bağlı fotolar yerləşdirsinlər, onda onların yerləşdirəcəkləri fotolar public rejimdə bir qovluğa avtomatik olaraq yerləşdiriləcək.
    Mark-ın "ağıllı” evi üçün nəzərdə tutulmuş süni zəkaya aid təkmilləşdirmə.
    Hackhatondan olan demolara nəzər yetirəndən sonra Mark, ev üçün nəzərdə tutulmuş virtual köməkçisinin yenilənməsi barəsində danışıb. Sözügedən süni zəka üzərində Mark artıq 1 ildir ki, çalışır. Heç bir xırdalığı açıqlamayaraq "Hal-hazırda o, bir çox şeyi bacarır” – deyə Mark bildirib. Süni zəkanın tamamlanmış demosunu Mark, bu ilin sonunadək təqdim etməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər