Mark Zükerberq haqda bilinməyən maraqlı faktlar
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Facebook hər zaman insanların ən çox vaxt sərf
etdiyi sosial şəbəklərdən biridir. Facebook CEO-su haqda nə qədər çox məlumatınız
var? Bunu sizlər üçün araşdırdıq və Mark Zükerberq haqda bilinməyən maraqlı
faktları sizlərlə paylaşırıq.
1. Mark Dünyanın ən zəngin gəncidir.
2. Mark öz sərvətinə görə dünyada 10-cu yeri
tutur.
3. Zükerberqin rəng koru olduğu deyilir. Hətta
Facebook-da mavi rəngin üstünlük təşkil etməsi də bununla əlaqəlidir.
4. Məktəbdə oxuyarkən "Synapses” adlı
musiqi tətbiqi yazdı. Bu tətbiq istifadəçinin musiqi zövqünə görə məsləhətlər
verirdi. Bu tətbiqə görə ona yüksək məbləğ təklif olunsa da, Mark tətbiqi
internetə pulsuz olaraq yaydı.
5. Mark çox yaxşı proqramçıdır və ilk
proqramını 10 yaşında olarkən yazıb.
6. Zükenberq 5 dildə danışa bilir. Bu dillər
İngilis, fransız,latın, köhnə yunan və ivrit dilləridir.
7. Əslində yahudi olaraq böyüdülən Mark indi
ateist olduğunu bildirir.
8. Ən sevdiyi müğənnilər Jay-Z, Taylor Swift
və Shakiradır.
9. Məktəbdən məzun olduqdan sonra AOL və
Microsoft kimi şirkətlərdən iş təklifi aldı, amma heç birini qəbul etmədi.
10. Mark-a aid "The Social Network” adlı film çəkilib. Filmdə Zükerberqin "Facebook"-u necə yaratması haqda mövzu yer alır.
11. Zükerberq, Harvard Universitetinin
yataqxanasında qaldığı vaxtlarda universitetin ən gözəl qızı və ən gözəl oğlanı
adlı səsvermə saytı qurdu. Qızların və oğlanların şəkillərinin universitetin avtomatlaşdırma
sistemindən hack edərək əldə etdiyi üçün uzaqlaşdırma cəzası almışdı.
12. Anası psixoloq, atası isə diş həkimidir.
13. Stiv Cobs kimi Mark-ın da CEO olaraq aldığı
maaş 1$ təşkil edir.
14. Mark-ın cəmi 19 Twitter hesabı olmasına
baxmayaraq 358.000 izləyicisi var. İstifadəçi adlarından biri @finkd olaraq keçir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ