Mark Zükerberq Oculus Rift-in tamamilə yeni modelini təqdim edib

152

Oculus Connect 3 tədbirində Mark Zükerberq (Mark Zuckerberg) Oculus VR virtual reallıq cihazı komandasının istifadəçilər üçün nə hazırladığını bildirib.

Oculus VR-ın yeni virtual reallıq cihazı

Qeyd edək ki, hal-hazırda Oculus Rift texnologiyası "Facebooka məxsusdur. "Oculus” şirkəti, özü çalışa bilən virtual reallıq cihazı üzərində çalışır. Yəni yeni cihazın çalışması üçün kompüterə və ya smartfona ehtiyacı olmayacaq. Hələki cihazın istehsalı ilkin mərhələdədir. Buna görədə tədbir çərçivəsində onun prototipinin yalnız qısa bir videosu təqdim olundu. "Technote.az”ın "Engaged.com”a istinadən verdiyi xəbərə əsasən xarici görünüşcə yeni cihaz Oculus Rift-ə bənzəsə də, rahat olmayan naqillərdən ibarət deyil. Naqillərin yerinə cihazın arxa hissəsində hesablayıcı panel yerləşir. Zükerberq qeyd edib ki, hal-hazırda hazırlanma mərhələsində olan cihaz, portativ, rahat olmaqla yanaşı həmçinin yüksək keyfiyyətli virtual reallıq təəssüratları bağışlayacaq. Bundan əlavə olaraq o baha olmayacaq. Əla səslənsə də tam təfərrüatlar hələki bilinmir. Hətta layihənin adı belə açıqlanmayıb.