Mark Zükerberq süni zəkasının səsləndirilməsi üçün namizədlər axtarır

262

"Facebook”un CEO-su Mark Zükerberq öz səhifəsində bildirib ki, "ağıllı” evin idarəsi üçün nəzərdə tutulmuş süni zəkanı səslə təmin etməyin vaxtı gəlib çatıb.

"Jarvis”in səsləndirilməsi üçün namizədlər sırasında artıq Robert Douney Jr, Benedikt KamberbetçArnold Şvartsenegger kimi aktyorlar yer alıb. Bir neçə müddət bundan öncə Mark, KİV-ə (Kütləvi İnformasiya Vasitələri) hamımızın "Iron Man” filmindən tanıdığımız Jarvis adlı süni zəkanın analoqu olan yeni səsli köməkçinin ("ağıllı” evin idarəsi üçün süni zəka) hazırlanması barəsində məlumatlar vermişdir. Bu layihənin hansı hazırlanma mərhələsində olduğunu söyləmək çətindir. "Technote.az”ın "Naked-science.ru”a istinadən verdiyi xəbərə əsasən dünən Mark süni zəkanın səsləndirilməsi üçün namizədlərin təklif olunmasını onu izləyən istifadəçilərdən xahiş etmişdir. Mark-ın xahişinə bir çox təkliflər gəlmişdir. Komment yazan istifadəçilərdən biri təklif etmişdi ki, bu işə aktyor Robert Douney Jr-ı və ya Benedikt Kamberbetç-i cəlb etmək olar.


Mark-ın reaksiya verdiyi digər təkliflər arasında həmçinin Arnold Şvartsenegger və "Game of Thrones” serialından tanıdığımız Hodor personajı da var idi. Bir qədər sonra söhbətə Robert Douney Jr özü qoşuldu. O bildirdi ki, yeni "Jarvis”in səsləndirilməsinə tamamilə hazırdır. Baxmayaraq ki, filmdə bunu aktyor Pol Bettani etmişdir. Nəzərinizə çatdıraq ki, bir neçə müddət bundan öncə Romada yerləşən Luiss Universitetinin tələbələri ilə görüş zamanı Mark bu layihə barəsində məlumatları paylaşmışdı. O qeyd etmişdi ki, evin idarəsi üçün nəzərdə tutulmuş süni zəka layihəsi ilə boş zamanlarında məşğul olur. O bildirdi ki, süni zəka artıq insanların üzlərini və səslərini tanıya, bütün məişət əşyalarını, parametrləri (işıq, temperatur, musiqi səsi və s.) idarə edə və tost hazırlaya bilir.