Mars səthində yadplanetlilərə aid kosmik gəmi aşkarlanıb (VİDEO)

4467

Marsın orbitindən çəkilmiş fotolardakı obyekt, qəzaya uğramış kosmik gəmiyə bənzəyir.

UFOvni2012 adı altında gizlənən virtual arxeoloq şüphə etmir ki, Mars Global Surveyor aparatı tərəfindən çəkilmiş fotolardakı obyekt yadplanetlilərin qəzaya uğramış kosmik gəmisidir. "Technote.az"ın "Kp.ru"a istinadən verdiyi xəbərə əsasən fotolardakı kosmik gəmi ürək formasındadır. Diametri 190 m olan obyekt planetin Medusae Fossae adlı rayonunda yerləşir. Mütəxəssislərin məlumatlarına görə bu rayon qəribə xüsusiyyətlərə sahibdir. Belə ki, rayon radar siqnallarını əks etdirmir. Məhz buna görə o ərazini stealth rayon adlandırırlar. Güman olunur ki, həmin ərazinin bu xüsusiyyətinə görə yadplanetlilər qəza uğrayıblar. Virtual arxeoloq əmindir ki, bu obyekt yadplanetlilərin kosmik gəmisidir. Çünki insanlar bu cür obyektlərə sahib deyillər. Bundan əlavə olaraq arxeoloq kosmik gəminin sərt enişdən yaranmış izi də müşahidə edib. O, belə bir qərara gəlib ki, böyük ehtimalla kosmik gəmi uzun müddət deyil bundan öncə deyil, yaxın zamanda Marsda qəza enişi edib. Həmin obyektin həqiqətən də yadplanetlilərə aid kosmik gəmi olub-olmadığını isə sadəcə olaraq nəzəri cəhətdən söyləmək olar.