Marsda orqanik həyat forması aşkar olundu

102

NASA xəbər verib ki, Mars səthində fəaliyyət göstərən Curiosity aparatı orqanik həyat forması aşkar edib.

Bu unikal tapıntı onu sübut edir ki, Mars, insanların koloniyalaşması üçün əlverişli variantdır. Marsda tapılmış mikroorqanik həyat formasının mənbəsi hələki bilinmir. Lakin aşkar edilmiş bakteriyaların kimyəvi analizi onu göstərir ki, insanlar Marsı gələcəkdə koloniyalaşdıra bilərlər. "Technote.az"ın "Actualnews.org"a istinadən verdiyi xəbərə əsasən planetoloqlar bildiriblər ki, mikroorqanizmlər Sharp dağında aşkarlanmışdı. Tədqiqatçıların fikrincə bakteriyalar, qrunt sularının axını nəticəsində həmin yerə gəlib çıxıblar. Aşkar edilmiş orqanizmlərin detallı şəkildə müşahidə olunmasından sonra mütəxəssislər belə nəticəyə gəliblər ki, qədim göllər və Mars planetinin səthinin altındakı nəmişlik, milyardlarla il bundan öncə dəyişikliyə məruz qalmışdır. Bununla belə bu dəyişikliklər, planetdə orqanik həyat formasının yaranması üçün münbit şərait yaratmışdır. Alimlər qeyd ediblər ki, onlar Mars planetinin bir çox yüksək hissələrində canlı bakteriyalar aşkar ediblər. Bununla belə maraqlı fakt ondan ibarətdir ki, Curiosity aparatı planetin hamar səthində həyat forması aşkar edə bilməyib. Aşkar edilmiş bakteriyalar isə Mars haqqında daha çox məlumatın əldə olunmasında yardımçı olacaqlar.